Hərbi

Ordumuzun mövqeləri atəşə tutulub

Xəbəral.az Martın 10-u saat 09:50-dən 17:10-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən ordumuzun Ağdam, Xocavənd və Füzuli rayonları istiqamətlərində yerləşən mövqeləri müxtəlif çaplı atıcı silahlardan istifadə edilməklə fasilələrlə atəşə tutulub.Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb. Azərbaycan Ordusunun sıralarında şəxsi heyət və texnika baxımından itki yoxdur.Hazırda bu […]

Hərbi

Ordumuz erməni mövqelərinə dəqiq zərbələr endirir – Rəsmi

Azərbaycan Ordusu qanunsuz erməni silahlı dəstələrinin mövqelərinə dəqiq zərbələr endirir. Bu barədə Müdafiə Nazirliyinin yaydığı rəsmi açıqlamada qeyd edilib. Həmçinin bildirilir ki, Azərbaycan heç bir halda mülki infrastrukturu hədəfə almır. Xatırladaq ki, açıqlamada həmçinin bildirilib ki, martın 8-i günorta saatlarından başlayaraq martın 9-u səhər saatlarınadək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin […]

Hərbi

Daha bir yüksək rütbəli hərbçi həbs edildi

Müdafiə Nazirliyində aşkarlanan maliyyə pozuntuları ilə bağlı daha bir hərbçi həbs edilib. Xəbəral.az lent.az-a istinadən xəbər verir ki, Hərbi Hava Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov da tutulub. Ona, Cinayət Məcəlləsinin 313-cü (vəzifıə saxtakarlığı), 179.4-cü (mənimsəmə – xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 341.2.1-ci (vəzifə səlahiyyətlərini aşma, bir qrup şəxs tərəfindən törədildikdə) və […]

Hərbi

Kəlbəcərdə itkin düşən hərbçinin nəşi tapıldı

Yanvarın 29-da Kəlbəcər rayonunda hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən itkin düşən hərbçi Fuad Bağırovun nəşi tapılıb. Xəbəral.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib. Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətində yerləşən bölmələrinin şəxsi heyəti və xüsusi texnikanın cəlb olunması, eləcə də Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının iştirakı ilə aparılan axtarış-xilasetmə tədbirləri nəticəsində itkin düşən […]

Hərbi

Kəlbəcər istiqamətində hərbçilərimiz İTKİN DÜŞDÜ

Kəlbəcər rayonunun Alagöllər sahəsində hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən dörd nəfər hərbi qulluqçularımız – baş leytenant Bağırov Fuad Allahverdi oğlu, MAHHXHQ kiçik çavuş Hüseynov Cavad Rauf oğlu, əsgər Hüseynov Maşallah Rövşən oğlu və əsgər Kərimov Yasin Yavər oğlu ərazidə istiqaməti itirərək azıb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Hərbi qulluqçularımızın tapılması məqsədilə dərhal […]

Hərbi

Həlak olan hərbçimizlə bağlı yeni məlumatlar – FOTO

Xəbər verdiyimiz kimi, yanvarın 22-də Bakı qarnizonundakı N nömrəli hərbi hissədə xidmət edən Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məhərrəmzadə Asif Səfail oğlu qeyri-döyüş şəraitində həlak olub.sayt hazırlanması Xəbəral.az xəbər verir ki, həlak olan əsgər Lənkəran rayon Cil kəndindəndir. İki qardaş bir bacı olublar. Lənkəran Dövlət Universitetinin məzunu olub. Yanvar ayında məzuniyyətdə […]

Hərbi

Hərbçimiz HƏLAK OLDU

Yanvarın 22-də Bakı qarnizonundakı N nömrəli hərbi hissədə xidmət edən Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məhərrəmzadə Asif Səfail oğlu qeyri-döyüş şəraitində həlak olub.Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçunun yaxınlarına dərin hüznlə başsağlığı verir. Xəbəral.az

Hərbi

Kəlbəcər istiqamətində şiddətli atışma gedir – RƏSMİ

Ermənistan silahlı qüvvələrinin yanvarın 11-i günorta saatlarından etibarən başlatdığı təxribat nəticəsində Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində vəziyyət gərginləşib. Xəbəral.az xəbər verir ki, Azərbaycan Ordusunun bölmələri qeyd olunan istiqamətdə heç bir aviasiya vasitəsi və artilleriyadan istifadə etmədən qarşı tərəfin susdurulması məqsədilə adekvat cavab tədbirləri həyata keçirir. Hazırda əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır. Xəbəral.az

Hərbi

Azərbaycan şəhid verdi – Sərhəddə gərginlik

Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində yanvarın 11-i günorta saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində hərbi qulluqçumuz müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Nəzərov Ayaz Azər oğlu şəhid olub. Xəbəral.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olan hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı […]

Hərbi

Üç hərbçini öldürməkdə ittiham edilən MAXE saxlanıldı

Qubadlı rayonunda dünən 3 hərbçi yoldaşını avtomatdan atəş açaraq qətlə yetirən Elxan Əzizli saxlanılıb. Baş Prokurorluqdan “Qafqazinfo”ya verilən məlumata görə, yanvarın 2-də, saat 18 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Əvəzli Elxan Məhəmməd oğlu naməlum səbəbdən öz xidməti silahından atəş açmaqla xidmət etdiyi sərhəd zastavasının hərbi qulluqçuları […]