Hərbi

Ukraynadan dəhşətli xəbər gəldi: Ölənlər və xeyli sayda yaralı var

Ukraynanın Nikolayev şəhərinin Rusiya qoşunları tərəfindən atəşə tutması nəticəsində uşaq xəstəxanasında olan bir uşaq və bir kişi həlak olub. Ticarət mərkəzinə düşən mərmi nəticəsində daha 9 nəfər ölüb, 61 nəfər yaralanıb. Xəbəral UNİAN-a istinadən xəbər verir ki, bu barədə Nikolaev Vilayət Dövlət Administrasiyasının rəhbəri Vitali Kim bildirib.”Bunun heç bir məntiqi yoxdur, bura şəhərin mərkəzidir, insanlar […]

Hərbi

Ermənistan ordusu Tovuzu atəşə tutub

Aprelin 3-ü saat 23:00-da Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Tovuzqala rayonunun Müsürskənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Tovuz rayonunun Ağdam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atəşə tutub. Bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib. Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb. Ordumuzun sıralarında şəxsi heyət və texnika baxımından itki yoxdur. Xəbəral.az

Hərbi

Rusiya gizli səfərbərliyə başladı: 60 min əsgər gəlir

Rusiya gizli səfərbərliyə başlayıb və Ukraynaya qarşı apardığı müharibəyə 60 minə yaxın insanı cəlb etmək niyyətindədir. Xəbəral.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. “Rusiya hərbi-siyasi rəhbərliyi hərbi hissələrin müharibə dövrü vəziyyətinə gətirilməsi üçün ehtiyatda olan hərbçilərin gizli səfərbərliyinə başlayıb. Döyüş təcrübəsi olanlara üstünlük verilir”, – məlumatda qeyd olunub. Baş Qərargah qeyd […]

Hərbi

Qarabağdakı sülhməramlılar Ukraynada: sübut… – Video

Azərbaycanın Qarabağ iqtisadi zonasının bir hissəsinə müvəqqəti yerləşdirilmiş rus sülhməramlı kontingentinin yarıdan çoxunun Ukraynadakı müharibəyə cəlb edildiyi haqda məlumat yayılmışdı. Reklamınızı SmartBee ilə effektiv edin. Xəbəral.az Yenipress.az-a istinadən xəbər verir ki, Rusiyanın Azərbaycandakı səfiri bu məlumatı qətiyyətlə təkzib etsə də, sosial şəbəkədə yayılan yeni video informasiyanın həqiqət olduğunu üzə çıxarır. Videoda ukraynalı döyüşçülərə yaralı olaraq əsir düşən […]

Hərbi

Fərrux yüksəkliyində itkin düşmüş 62 hərbçimizin adları – SİYAHI

Azərbaycan Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Xocalı rayonu ərazisindəki Fərrux yüksəkliyində itkin düşmüş Azərbaycan hərbçilərinin adlarını açıqlayıb. Dövlət Komissiyasından  bildirilib ki, Vətən müharibəsində əldə edilmiş böyük zəfərdən sonra Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində Birinci Qarabağ müharibəsində itkin düşmüş vətəndaşlarımıza aid məzar yerlərinin müəyyən edilməsi və ekshumaasiyası işləri davam etdirilir. […]

Hərbi

Separatçı rejim yeniyetmə və yaşlılara zorla silah və hərbi forma paylayır

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri arasında narazılıq artıb. Xəbəral.az Trend-ə istinadən bildirir ki, şəxsi heyət çatışmadığından günlərlə postlarda növbə çəkən yerli könüllülər ailələrini uzun müddət görmədikləri üçün etiraz edirlər. Xankəndidəki mənbələrdən verilən məlumata görə, bu narazılığın qarşısını almaq və xəstələrin yerini doldurmaq məqsədilə separatçı rejim yeniyetmə və yaşlılara forma geyindirərək onları […]

Hərbi

Azərbaycan MN: “Rusiya Müdafiə Nazirliyinin açıqlaması “Müttəfiqlik haqqında” Bəyannaməyə ziddir”

Müdafiə Nazirliyi Rusiya Müdafiə Nazirliyinin 2022-ci il 26 mart tarixli açıqlamasına münasibət bildirib. Xəbəral.az xəbər verir ki, Müdafiə Nazirliyi Rusiya Federasiyası Müdafiə Nazirliyinin 2022-ci il 26 mart tarixli həqiqəti əks etdirməyən və birtərəfli açıqlaması ilə bağlı təəssüfünü bildirib. “Bu gün müdafiə naziri general-polkovnik Zakir Həsənovun Rusiya müdafiə naziri ordu generalı Sergey Şoyqu ilə telefon danışığı […]

Hərbi

Azərbaycan hərbçiləri Pakistanda paradda iştirak edib

Pakistan İslam Respublikasında rəsmi səfərdə olan Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti martın 23-də Pakistan Günü münasibətilə keçirilən hərbi paradı izləyib.Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Paradda fəxri qonaq qismində Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov iştirak edib. Müxtəlif dövlətlərin silahlı qüvvələrinin nümayəndələrinin qatıldığı hərbi paradda ölkəmizi Azərbaycan Ordusunun parad heyəti təmsil edib. Xəbəral.az