Gündəm Siyasət

Ziyalılardan Fəzail Ağamalıya dəstək gəldi – VİDEO

Xatırladaq ki, 2020 -ci il Fevralın 9-a növbədənkənar VI çağırış Parlament seçkisi təyin edilib. 60 saylı Salyan -Neftçala seçki dairəsindən namizədliyini irəli sürmüş Fəzail Ağamalıya Respublikanın bir sıra ziyalıları dəstək olub, onlar hazırlanan video çarxda seçiciləri Fəzail Ağamalıya səs verməyə çağırıblar. Sfera.az sözü gedən video çarxı diqqətinizə çatdırır:  

Gündəm

87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən deputatlığa namizəd Tahir Kərimli ilə görüş olacaq

Yolunuzu gözləyirik! Hörmətli 87 saylı Ağsu-İsmayıllı seçki dairəsinin seçiciləri! Sizi 24 yanvar 2020-ci il tarixində, saat 11:00-da Ağsu Rayon Mədəniyyət Sarayında Azərbaycan Respublikası Milli Məclisinə 87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən deputatlığa namizəd Tahir Kərimli ilə görüşə dəvət edirik. Görüşdə Tahir Kərimlinin V çağırış Azərbaycan Respublikası Milli Məclisinin Plenar iclaslarında təmsil etdiyi dairə ilə əlaqəli bir […]

Gündəm

Qazilərin Fəzail Ağamalı haqda çağırışı – Video

Qarabağ qaziləri 60 saylı Salyan-Neftçala seçki dairəsindən namizədliyini irəli sürmüş Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı ilə bağlı çağırış ediblər. Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri İB-nin sədri Mehdi Mehdiyev Fəzail Ağamalının hər zaman xalqın arasında olduğunu, xalqın qayğısı ilə yaşadığını, müharibə veteranları və əlillərin problemlərinin qanunvericilik bazası əsasında həllinə dəstək verdiyini bildirib. İB […]

Gündəm manset

DTX tərəfindən Ağstafanın indiki, Yevlaxın keçmiş icra başçısı saxlanıldı – EKSKLÜZİV, VİDEO

Azərbaycan Respublikasının yerli icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri tərəfindən vətəndaşların hüquqlarına, dövlətin qanunla qorunan mənafelərinə zərər vuran, dövlət orqanlarının fəaliyyətinə kölgə salan qanunsuz əməllərə yol verilməsinə dair məlumatlar əsasında kompleks araşdırma tədbirləri həyata keçirilib. Toplanılan materiallara əsasən, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevin müntəzəm olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə dair əsaslı şübhələr yaranıb. Belə […]

Gündəm manset

Prezidentdən heç kəsin gözləmədiyi qərar…

Bəlkə də heç kəs Prezidentin növbədənkənar parlament seçkisini 2 ay sonraya təyin edəcəyini gözləmirdi; bəlkə də kimsə bu qədər çeviklik, qəti siyasi iradəni hesablamamışdı; bəlkə də heç kim təxmin belə etmirdi ki, islahatın yeni dalğası bu qədər sürətlə icra ediləcək. Bu, artıq İlham Əliyev strategiyasıdır: çevik, sürətli, qəti! Nələr baş verir? Ölkədə gedən sürətli dəyişiklikləri […]

Gündəm manset

Qətər və Azərbaycan arasında siyasi məsləhətləşmə – Foto

Dekabrın 1-də Qətərin paytaxtı Dohada Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Qətər Dövlətinin Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələrin ilk iclası keçirilib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən XəbərAl.az-a bildiriblər ki, iclasda Azərbaycan tərəfini Xarici İşlər nazirinin müavini Ramiz Həsənov, Qətəri isə Xarici İşlər üzrə Dövlət naziri Sultan bin Səd Əl-Mureyxi təmsil ediblər. İclas zamanı Azərbaycan […]

Gündəm manset

Dövlətimizin Qarabağ mövqeyini bu yolla zəiflətməyin

Azərbaycanda real vəziyyət ondan ibarətdir ki, iqtidar partiyasının dəstək vermədiyi halda onminlərin, yüzminlərin iştirakı ilə kütləvi aksiyanın keçirilməsi mümkün deyil. XəbərAl.az xəbər verir ki, bu sözləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə açıqlamasında bəzi müxalifət partiyalarının Dağlıq Qarabağla bağlı mitinq keçirmək təşəbbüsünə münasibət bildirərkən deyib. “Hesab edirəm […]

Gündəm manset

Yunus: Arif Hacılı istefa verməlidir, çünki…

Hüquq müdafiəçisi Arif Yunusun ABŞ-da mühacirətdə olan qardaşı Ramiz Yunus Müsavat Partiyasının sədri Arif Hacılını istefa verməyə səsləyib. XəbərAl.az xəbər verir ki, bu barədə R.Yunus Feysbuk hesabında yazıb. O bildirib ki, Almaniyadakı mühacirlərə saxta sənəd verən Müsavat Partiyası Avropa Koordinasiya Mərkəzinin (Müsavat AKM) təşəbbüskarı Arif Hacılıdır: “Gəlin hər şeyi öz adı ilə adlandıraq: Almaniyadakı mühacirlərə […]

Gündəm manset

Müsavatın Avropadakı sədri və müavini həbs edildi – Təfərrüat

Evlәrdә vә ofislәrdә axtarış Koblenç Prokurorluğunun sanksiyası әsasında hәyata keçirilib. Sanksiyada insan alveri ilә bağlı açılmış bir cinayәt işindә tәqsirlәndirilәn Azәrbaycan vәtәndaşlarının soyadları göstәrilir (ad göstәrilmir). XəbərAl.az xəbər verir ki, bu sözləri jurnalist Yafəs Əkrəmoğlu Almaniyanın hüquq-mühafizə orqanları tərəfindən Azərbaycanın müxalifət partiyasının keçmiş üzvlərinin saxlanması barədə qeyd edib. Onun sözlərinə görə, saxlanılanlar Xәlilbәyli, Hәsәn (soyaddır), […]

Gündəm manset

Rəfail Priyev Fransada saxlanılıb deportasiya olunacaq-FOTO

Azərbaycanlı mühacir Rəfail Priyev Fransada saxlanılıb. XəbərAl.az xəbər verir ki, “Report”un Avropa bürosu xəbər verir ki, bir neçə il əvvəl Azərbaycandan Almaniyaya gedərək bu ölkədən sığınacaq istəyən R.Priyevin barəsində Berlin Əyalət Məhkəməsinin qərarı ilə deportasiya qərarı çıxarılıb. Almaniya Miqrasiya və Qaçqınlar üzrə Federal İdarəsinin (BAMF) əməkdaşları ötən gün deportasiya qərarının icrası üçün polis əməkdaşları ilə […]