Dünya

Ermənistan Silahlı Qüvvələrinə məxsus avtomobil qəzaya uğrayıb: Ölənlər və yaralananlar var

Ermənistan Silahlı Qüvvələrinə məxsus avtomobilin qəzaya uğraması nəticəsində dörd nəfər ölüb, bir neçə nəfər yaralanıb. Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, aprelin 12-də saat 15:25 radələrində hərbi qulluqçuları daşıyan “Ural” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq dərəyə yuvarlanıb. Mənbə: Erməni KİV Xeberal.az

Dünya

Sankt-Peterburqda tramvay piyadaları vurdu – VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində metronun “Primorskaya” stansiyası yaxınlığında yolu keçən insanları tramvay vurub. Bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb. Bildirilib ki, nəticədə xəsarət almış üç piyada xəstəxanaya yerləşdirilib. Qeyd olunub ki, tramvayın içində həmin vaxt sərnişin olmayıb. “45 yaşlı qadın ağır vəziyyətdə Mariinski xəstəxanasına yerləşdirilib, 22 və 42 yaşlı kişilər isə orta ağır vəziyyətdə Yelizavetinskaya xəstəxanasına yerləşdiriliblər”, […]

Dünya

Britaniya kral ailəsinin ən məşhur üzvünün adı AÇIQLANDI

“YouGov” analitik şirkəti Britaniya kral ailəsinin ən populyar üzvlərinin adını açıqlayıb. Məlumata görə, birinci yeri Britaniya taxtının varisi şahzadə Uilyamın həyat yoldaşı Keyt Middlton tutur. Britaniyalıların 76%-i ona yaxşı münasibət bəsləyirlər. Şahzadə Uilyamın özü 73%-lə ikinci yerdədir. Kral III Çarlzın böyük bacısı Şahzadə Anna da məşhur imiş. Britaniyalıların 71%-i onu bəyənirlər. Monarxı təbəələrinin 63%-i sevir, […]

Dünya

Güc və enerjini artıran qidalar hansılardır?

“Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir”. Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemini gücləndirir və orqanizmin enerji istehsalına kömək edir. Tərkibində çoxlu dəmir və zülal var, buna görə də uzun qışdan sonra bədən zəifləmişsə, mütəxəssislər ona xüsusi diqqət yetirməyi […]

Dünya

Kianu Rivz çəkiliş zamanı dizini sındırıb

Aktyor Kianu Rivz “Uğur” filminin çəkilişləri zamanı xalçada büdrəyib və dizini sındırıb. Bu barədə layihənin direktoru Əziz Ənsari məlumat verib. “Çəkilişlərin təxminən 15-ci günü ona dedim ki, get qrim otağında 15 dəqiqə dincəl. O, gedərkən yolda xalçanın üstündə büdrədi və “dizim!”, – deyə qışqırdı”, – Ənsari bildirib. İş zədəsinə baxmayaraq, Rivz çəkiliş meydançasında qalıb və film […]

Dünya

Fransa səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb – VİDEO

Fransanın səfiri Pyer Levi aprelin 12-də ölkəsinin xarici işlər naziri Stefan Sejurnenin Moskva ilə bağlı açıqlamalarına görə Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. “Dərc etdikləri bəyanatlarda guya yalan məlumatlar olduğuna görə Fransanın Avropa və Xarici İşlər Naziri S.Sejurnenin Fransa tərəfinin Rusiya rəsmiləri ilə danışıqlara maraq göstərməməsi fikri ilə bağlı reallıqla heç bir əlaqəsi olmayan bu cür […]

Dünya

Zaxarova ABŞ-nin “Crocus City Hall”da istintaqda iştirakı ilə bağlı danışdı: “Bacarmayacaqlar…”

“ABŞ İŞİD terror qruplaşmasının “Crocus City Hall”da törədilən terror aktında iştirakı barədə fikirləri ilə istintaqı yanlış istiqamətə yönəldə bilməyəcək”. Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Aif.ru saytına müsahibəsində deyib. “Biz görürük ki, ABŞ müxtəlif kanallar vasitəsilə dünya ictimaiyyətini İŞİD-in Əfqanıstan qolu olan “Vilayət Xorasan” tərəfdarlarının Krasnoqorskdakı terror aktında əli olduğuna inandırmağa […]

Dünya

ABŞ-dən olan hərbi müxbir Donetskdə yoxa çıxdı: Sonuncu dəfə atışma zamanı görünüb – FOTO

ABŞ-dən olan könüllü və hərbi müxbir Rassell Bentli Ukraynanın Donetsk şəhərində yoxa çıxıb. Onu sonuncu dəfə Petrovski rayonunda atışma zamanı görüblər. Aprelin 8-də Rassell həyat yoldaşı Lyudmila ilə birlikdə Donetsk şəhərinin Petrovski rayonunun icraiyyə komitəsinə işə gəldiyi əsnada növbəti atışma başlayıb. İddiaya görə, Rassell yaralıların köməyə ehtiyacı olub-olmadığını soruşmağa gedib və o vaxtdan bəri heç […]

Dünya

Moskvada Ukrayna Təhlükəsizlik Xidmətinin keçmiş zabitinin avtomobili partladılıb – FOTO/VİDEO

Moskvanın Korovinskoye şosesində dayanmış “Toyota Land Cruiser Prado” markalı avtomobilin sürücüsü maşını işə salarkən partlayış baş verib. Sürücünün ayağından xəsarət aldığı və xəstəxanaya yerləşdirildiyi bildirilib. Partlayış nəticəsində yaxınlıqda dayanmış iki avtomobilə ziyan dəyib. Hazırda təhlükəsizlik qüvvələri avtomobilin hansı səbəbdən partladığını araşdırır. Avtomobilə bomba qoyulması istisna olunmur. Moskvada partladılan avtomobilin Ukrayna Təhlükəsizlik Xidmətinin keçmiş zabiti olmuş Vasili […]

Dünya

ABŞ, Koreya və Yaponiya birgə hərbi dəniz təlimləri keçirdi – FOTO

Cənubi Koreya, ABŞ və Yaponiya Şimali Koreyadan gələn raket-nüvə təhlükəsi fonunda ABŞ-nin təyyarədaşıyan gəmisinin iştirakı ilə üçtərəfli hərbi dəniz təlimləri keçiriblər. Bu barədə Cənubi Koreya Hərbi Dəniz Qüvvələrindən məlumat verilib. “Təlimlər Şimali Koreyadan artan raket və nüvə təhlükəsinə reaksiya verilməsi məqsədilə üç ölkənin birgə imkanlarının təkmilləşdirilməsi məqsədi daşıyıb”, – deyə Seuldan bildirilib. Cənubi Koreya qeyd […]