Dünya manset

ABŞ-da stadionda ATIŞMA: 10 nəfər…

ABŞ-ın Alabama ştatının Mobil şəhərində idman stadionunda baş verən atışma nəticəsində ən azı 10 yeniyetmə yaralanıb. XəbərAl.az“RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda polisə istinadən “Fox News” telekanalı bildirib. Telekanalın məlumatına görə, atışma cümə günü axşam saatlarında orta məktəbin komandaları arasında futbol matçından sonra olub. Polis rəisinin sözlərinə görə, 15-18 yaşlarında 10 yeniyetmə yaralanıb, […]

Dünya manset

Qeyri-adi olay: Gəlini restorana tankla apardılar – Video

Toy günü gəlini evdən mərasim keçiriləcək saraya tankla gətiriblər. XəbərAl.az xəbər verir ki, hadisə İngiltərənin Bolton şəhərində qeydə alınıb. Məlumata görə, İngiltərədə restoranlar şəbəkəsinin sahibi Johngir Sadiq oğlu Jaz Johhgiri evləndirib. Bəy gəlinin evinə tankla gedib. Qeyd edilir ki, gəlini gətirmək üçün böyük avtomobil karvanı olub, burada dünyanın ən bahalı maşınlarına rast gəlinib. Amma toy […]

Dünya manset

“Terrorçuların çəkilməsini gözlərimizlə görmək istəyirik” – Türk general

YPG terrorçularının geri çəkildikləri, təsdiqlənməyə ehtiyacı olan bir sıra mövqeləri buraxdıqları haqqında informasiya var. Amma bütün buları gözümüzlə görmək istəyirik. XəbərAl.az xəbər verir ki, bu sözləri Türkiyənin Baş Qərargah rəisi Hulusu Akar YPH/PYD terrorçularının Türkiyə-Suriya sərhədindən geri çəkilməsi haqda xəbərləri şərh edərkən deyib. Onun sözlərinə görə, təhlükəsizlik zolağı ilə bağlı dünən araşdırma aparılıb: “Təxminən iki […]

Dünya manset

İran peyki partlayıb? – Tehrandan açıqlama

İran İnformasiya və Texnologiyalar naziri Cavad Azəri Cəhromi ölkənin uğursuz peyk buraxılışı ilə bağlı informasiyanı təkzib edib. XəbərAl.az  xəbər verir ki, bu məlumatı Cəhromi öz Tvitter səhifəsində paylaşıb. O, “Nahid 1” peykinin hazırda sınaq meydançasında olduğunu bildirib. Cəhromi jurnalistləri buna şahid olmaq üçün İrana dəvət edib. Qeyd edək ki, bundan öncə ABŞ-ın NPR radiostansiyası İran […]

Dünya manset

Türk ordusu Suriyadan nə vaxt çıxacaq? – Çavuşoğlu

Rusiya Türkiyənin İdlibdəki müşahidə məntəqələrinin təhlükəsizliyinə təminat verib. XəbərAl.az xəbər verir ki, bunu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib. Rusiya Bəşər Əsəd qüvvələrinin bizim İdlibdəki müşahidə məntəqələrinə hücum etməyəcəyi ilə bağlı təminat verib”, – Çavuşoğlu bildirib. Nazir bildirib ki, Suriyadakı böhranın siyasi həlli tapıldıqdan sonra Türkiyə ordusu bu ölkəni tərk edəcək.

Dünya manset

İsrail qırıcıları Livana girdi

İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Livan hava məkanına daxil olub, ölkənin cənub rayonları boyunca kəşfiyyat uçuşları həyata keçiriblər. XəbərAl.az xəbər verir ki, bu məlumatı “Əl Vatania” agentliyi yayıb. Təyyarələrin yaşayış məntəqələrinə hava hücumlarını imitasiya etdiyi də vurğulanıb. Qeyd edək ki, bir neçə gün öncə Livan ərazisinə İsrailin PUA-ları da daxil olmuşdu. Livan hərbçilərinin intensiv atəşindən sonra […]

Dünya manset

ABŞ-da ermənilərin əleyhinə qərar: Türklərə uduzdular

ABŞ-da yaşayan ermənilər 1915-ci il hadisələrində ailə mülklərinə əl qoyulması iddiası ilə Türkiyəyə qarşı açdıqları məhkəməni 9 il sonra uduzublar. XəbərAl.az xatırladır ki, ABŞ erməniləri Türkiyə əleyhinə məhkəmə iddiasını 2010-cu ildə qaldırıb. 2010-cu ilin avqustunda Kaliforniya bölgə məhkəməsində erməni kökənli Aleks Bakalyan, Qarbis Davoyan, Hrayr Turabyan, həmin ilin yanvarında isə Anais Harutuniyan və Rita Mahdesyan […]

Dünya manset

Ərdoğan Putinlə danışıqlarının detallarını açıqladı: “Bu, şərtdir…”

“Biz terror qruplarının sonuna çıxanacan mübarizəni davam etdirəcəyik“. XəbərAl.az xəbər verir ki, bu sözləri Moskvadan qayıdan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təyyarədə jurnalistlərin suallarını cavablandırarkən deyib. O bildirib ki, İŞİD, PYD-YPG, HPS də daxil bütün terror təşkilatları zərərsizləşdirilməlidir. Türkiyə dövlət başçısı ABŞ-la Fəratın şərqində terrordan təmizlənmiş təhlükəsiz bölgə yaratmaqla bağlı prosesin davam etdiyini vurğulayıb: “Hazırda […]

Dünya manset

Yaxın Şərqdə gərginlik istəmirik – İran

İran Yaxın Şərqdə gərginliyin artmasını arzulamır. XəbərAl.az xəbər verir ki, bunu Yaponiya Baş naziri Şindzo Abe ilə görüşü zamanı İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif deyib. “İran Yaponiya hökumətinin Yaxın Şərqdə gərginliyi azaltmaq istiqamətindəki rolunu alqışlayır. Biz heç bir halda gərginliyin artmasını arzulamırıq”, – deyə o bildirib.

Dünya manset

Şoyqu: Hücum edilirdi, türk həmkarlarımıza dedik – Video

İdlib razılaşması ilə bağlı öhdəliklər icra edilir, lakin çətinliklər qalmaqdadır. XəbərAl.az xəbər verir ki, bu sözləri Rusiya Müdafiə naziri Sergey Şoyqu deyib. Müdafiə naziri İdlibə təxminən 37 min silahlının gəldiyini bildirib: “Bu gün yalnız bir gərginliyin azaldılması bölgəsi qalıb. Bu bölgədə işlər gedir. Amma olduqca çətin, qarmaqarışıq halda… Birgə patrul xidməti həyata keçirilir. Lakin cənub […]