Dünya manset

İran peyki partlayıb? – Tehrandan açıqlama

Sharing is caring!

İran İnformasiya və Texnologiyalar naziri Cavad Azəri Cəhromi ölkənin uğursuz peyk buraxılışı ilə bağlı informasiyanı təkzib edib.

XəbərAl.az  xəbər verir ki, bu məlumatı Cəhromi öz Tvitter səhifəsində paylaşıb. O, “Nahid 1” peykinin hazırda sınaq meydançasında olduğunu bildirib.

Cəhromi jurnalistləri buna şahid olmaq üçün İrana dəvət edib.

Qeyd edək ki, bundan öncə ABŞ-ın NPR radiostansiyası İran peykinin kosmosa buraxılışı zamanı partlayışın olmasıyla bağlı peyk görüntüləri yayıb. Partlayışın Semnan vilayətində baş verdiyi bildirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir