AKTUAL Ana Səhfə Cəmiyyət

Azərbaycanda koronavirusa görə qərargah yaradıldı

Koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət qərargah yaradılıb. Bu barədə  Nazirlər Kabinetindən məlumat verilib. Bildirilib ki, qabaqlayıcı tədbirlərin görülməsi və Azərbaycan Respublikasının bütün ərazilərində monitorinqin aparılması üçün aidiyyəti sahə mütəxəssislərindən ibarət ekspert qrupları […]

Araşdırma Cəmiyyət

İrandan gələn vətəndaşları altı saat gözlədən xəstəxana ilə bağlı RƏSMİ AÇIQLAMA

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İrandan Azərbaycana gələn vətəndaşların koronavirus şübhəsi ilə xəstəxanada müayinə olunması zamanı yaranan narazılığa aydınlıq gətirib. TƏBİB-dən bildirilib ki, İrandan gələn Azərbaycan vətəndaşlarının Astara Rayon Mərkəzi Xəstəxanasındakı şəraitlə bağlı sosial şəbəkələrdə yaydığı videomateriallarda əksini tapan çatışmazlıqlar aradan qaldırılır: “Videomaterialdan da göründüyü kimi, çəkiliş palatalarda yataq dəstlərinin dəyişdirilməsi zamanı aparılıb. Məlumat üçün […]

Cəmiyyət

Astarada xəstəxanada acınacaqlı vəziyyət: Natəmizlik, alver – VİDEO

Astarada xəstəxanada hərc-mərcliyin baş alıb getdiyini əks etdirən görüntülər redaksiyamıza göndərilib. Vətəndaşlar  bildiriblər ki, Astara Mərkəzi Rayon Klinikasında İrandan qayıdan azərbaycanlılar natəmiz şəraitdə saxlanılır: “Xəstəxanada su yoxdur. Natəmiz şəraitdə saxlanılırıq. Xəstəxananın içərisində açıq-aşkar alver gedir. Tibb işçisi geyimində qadın bizə bulka satır. Xəstəxanaya pul xırdalamağa gəldiyini deyən qadın evdə bişirilən bulkaların dörd ədədini iki manata satmağa […]

Cəmiyyət

Gürcüstanda koronavirus aşkarlanan şəxs etnik azərbaycanlıdır

Gürcüstanda koronavirusa ilk yoluxma halının təsdiq olunduğu şəxs həmin ölkənin azərbaycanlı vətəndaşıdır. Bu barədə məlumatı “Report”a Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanası və Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzində təsdiqləyiblər. Xəstəxanadan hazırda 50 yaşlı həmin şəxsin vəziyyətinin qənaətbəxş olduğu bildirilib. Qeyd edək ki, qonşu ölkədə koronavirusa yoluxma halı ötən gün aşkar olunub. Virusun təsdiq olunduğu həmin […]

Cəmiyyət

Gənclər Fondunun MÜƏMMA DOLU tenderləri… – 5 manatlıq şirkətlər necə qalib olur?

Azərbaycanda xüsusi önəm verilən əsas istiqamətlərdən birinin də gənclər siyasətinin olduğu deyilir. Azərbaycan dövlətinin gənclərlə bağlı yürütdüyü siyasətin təməli ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi illərdə – 1996-cı ildə ölkədə ilk dəfə Azərbaycan gənclərinin forumun keçirilməsi və 1997-ci ildə ümummilli liderin imzaladığı fərmanla 2 fevral tarixinin ölkədə Gənclər Günü kimi qeyd olunması ilə […]

Cəmiyyət

SABİQ NAZİRİN KADRI ŞƏMKİRİ TALAN EDİR – Alimpaşa Məmmədov öz davranışı ilə rayon əhalisindən qisas alır?!

Şəmkirin icra başçısı Alimpaşa Məmmədovun sabiq vergilər naziri Fazil Məmmədovun kadrı olması hamıya məlumdur. Amma bu, çoxlarına sirr deyil ki, icra başçısı öz şefinin əleyhinə ifadə verənlərdən biridir. Deyilənə görə, onun hələ də vəzifəsini qoruya bilməsinin əsasə səbəbi də elə budur. Şəmkirdə rayonun şefi haqda maraqlı fikirlər dolaşır. Məsələn, deyirlər ki, Alimpaşa Məmmədov hələ Vergilər […]

Cəmiyyət

Biləsuvarda təhsil niyə bərbad gündədir? – Nazir yəqin bunları bilmir…

Biləsuvarın təhsil şöbəsinin müdiri Aqşin Bağırovun qanuna sığmayan əməllərinə dair iddialar meydana çıxıb. Bu haqda facebook istifadəçisi Rəşad Əkbəroğlu məlumatlar yayıb. Onun sözlərinə görə, rayonun Səmədabad kənd orta məktəbinin təlim- tərbiyə üzrə direktor müavini Əltudə müəllim həm də köçkün şəhərciyindəki Arazbari ümumi orta məktəbin direktorudur. Belə bir hal qanunla qadağandır və Biləsuvarın təhsil şöbəsi müdiri […]

Cəmiyyət

D-18 hərəkatında qalmaqal: Ruslan İzzətlinin əxlaqsız hərəkətlərinə etiraz olaraq istefalar başladı

Azərbaycanda fevralın 9-da keçirilmiş növbədənkənar parlament seçkilərində 33 saylı Xətai ikinci seçki dairəsindən deputatlığa namizəd olmuş (bu dairə üzrə nəticələr MSK tərəfindən ləğv edilib,-red.) müxalif D-18 hərəkatının lideri Ruslan İzzətlinin əxlaqdankənar hərəkətlərinə etiraz olaraq təşkilatdan qalmaqallı istefalar başlayıb. Virtualaz.org xəbər verir ki, hərəkatın bir sıra üzvləri Facebook-dan bəyanatlarla çıxış edərək D-18 hərəkatında baş verənləri ictimaiyyətə […]

Cəmiyyət

Azərbaycanda dəhşətli güllələnmənin təfərrüatı: Qızı zorlayıb, həbsxanadan çıxandan sonra onunla evlənib

  Bu gün Masallı rayonunda törədilmiş dəhşətli qətl hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. Rayonun Təzəkənd kənd sakini Ağayev Sarvan Azayxan oğlu avtomatla yaşadığı evin həyətində həyat yoldaşı, 1999-cu il təvəllüdlü Nəbiyeva Alimə Əli qızını, qaynı, 1995-ci il təvəllüdlü Nəbiyev Miralim Əli oğlunu və qayınanası, 1977-ci il təvəllüdlü Nəbiyeva Zemfira Ələsgər qızını güllələyib. O, […]

Cəmiyyət

Saxta kərə yağı istehsal edən daha bir müəssisə bağlandı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakı şəhəri, Sabunçu rayonu, Ramana südçülük sovxozu ərazisində fiziki şəxs Həsənov Röyal Allahverdi oğluna məxsus süd məhsullarının istehsalı sexində yoxlama keçirib. AQTA-dan verilən məlumata görə, müəssisədə qida təhlükəsizliyinə dair tələblərin yerinə yetirilmədiyi və kərə yağı istehsalında istehlakçı hüquqlarının kobud şəkildə pozulmasına yol verildiyi məlum olub. Belə ki, kərə yağı adı […]