Cəmiyyət

Gəncədə qadın itkin düşdü

Gəncə şəhərində qadının itkin düşməsi barədə xəbər yayılıb. Xeberal.Az xəbər verir ki, hadisə şəhərin Natavan-2 qəsəbəsində baş verib. Qəsəbə sakini Şəfiyeva Çinarə Xəlil qızı yaşadığı evdən çıxaraq, naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb. Faktla bağlı araşdırma aparılıb.

Cəmiyyət

Azərbaycanlılar İraqdan təxliyyə edildi

Bu günlərdə bir qrup Azərbaycan vətəndaşı İraqdan Vətənə təxliyə edilib. Əsasən müqəddəs Nəcəf şəhərində təhsil alan tələbələrdən ibarət qrup bir neçə aydır ki, koronovirus nəticəsində İraq sərhədlərinin bağlanması ilə əlaqədar vətənə qayıda bilmirdi. Eyni zamanda pandemiya nəticəsində iqtisadi fəaliyyət və təhsilin dayandırılması vətəndaşlarımızın vəziyyətinin ağırlaşmasına səbəb olub. Xeberal.Az-a məlumat verən İslam Rzayev bildirdi ki, dövlətimiz […]

Cəmiyyət

Azərbaycanda yüksək vəzifələrə TƏYİNATLAR – FOTO

Təhsil naziri Emin Əmrullayev yeni kadr təyinatları ilə bağlı əmr imzalayıb. Xeberal.Az xəbər verir ki, əmrə əsasən, Simuzər Feyzullayeva nazirin müşaviri təyin olunub. O, 2008-ci ildə Bakı Dövlət Universitetində hüquqşünaslıq ixtisası üzrə bakalavr, 2010-cu ildə isə magistr dərəcəsi əldə edib. Boston Universitetində hüquqşünaslıq ixtisası üzrə magistr təhsilini (LL.M.) 2011-ci ildə başa vurub. S.Feyzullayeva 2011-2018-ci illərdə “Baker&Mckenzi” […]

Cəmiyyət

Zərdab rayon “Cümə” məscidinin imamı dəfnə görə cərimələndi, məhkəmə cəzanı ləğv etdi

Şahsuvar Əmiraslanov barəsində karantin qaydalarını pozmağa görə inzibati protokol tərtib edilib. Xeberal.Az xəbər verir ki, o, İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə cərimələnib. Belə ki, Zərdab şəhər sakini Şahid Fərəcov vəfat edən həyat yoldaşı Afərim Fərəcovanın dəfn mərasiminin təşkili üçün axund Ş.Əmiraslanova müraciət edib. Dəfn mərasimində axundla yanaşı, 20 nəfərə yaxın kənd sakini də iştirak […]

Cəmiyyət

Şimşək çaxacaq, leysan yağacaq, dolu düşəcək – PROQNOZ

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 19-21, gündüz 26-28, Bakıda gecə 19-21, gündüz 26-28 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 758 mm civə […]

Cəmiyyət

AZAL: “Oktyabrın 25-dək olan biletlər ödənişsiz yenidən təxsis edilə və ya dəyişdirilə bilər”

2020-ci ilin 25 oktyabradək uçuş dövrünü əhatə edən aviabiletlər ödənişsiz yenidən təxsis edilə və ya dəyişdirilə bilər. AZAL-dan verilən məlumata görə, açıq tarixlə rəsmiləşdirilmiş aviabiletlər (konkret geri qayıdış tarixi qeyd edilməyən biletlər) istisnadır: “Alternativ olaraq, biz həmçinin sərnişinlərə aviabiletin dəyərinin geri qaytarılması əvəzinə vauçer formasında pul-sənəd təklif edirik. Bu vauçeri ləğv edilmiş reysə biletin ilkin uçuş tarixindən […]

Cəmiyyət

“SAB” firmasının kolbasasından metal parçası çıxdı – FOTOLAR

“Şikayətim “SAB” firmasındadır. Həmin firmaya məxsus “Səyyah” yarım hissə verilmiş kolbasa almışam və doğradığnda içindən qara bir metal parçasının çıxdığını aşkarladıq”. Xeberal.Az bildirir ki, bunu Bakı sakini Fərid Sultanov sosial şəbəkədə paylaşıb. Daha sonra narazı vətəndaş yazır: “Yaxından baxıldığında həmin metalın bolt birləşməsi (şurup) olduğu məlum oldu. Şəkildə də göründüyü kimi bir hissəsidir, digər hissə […]

Cəmiyyət

Elmar Məmmədyarova ağır itki

Sabiq Xarici işlər naziri Elmar Məmmədyarova ağır itki üz verib. Xeberal.Az xəbər verir ki, sabiq nazirin anası İzida İbrahimbəyova vəfat edib. Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Nazirlik İzida Fuad qızı İbrahimbəyovanın dünyasını dəyişməsi ilə bağlı E.Məmmədyarova başsağlığı verib.  

Cəmiyyət

Azərbaycanda koronavriusa 112 yeni yoluxma qeydə alınıb, son sutkada ölüm olmayıb

Azərbaycanda koronavirus infeksiyasına 112 yeni yoluxma faktı qeydə alınıb, 178 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Bu barədə Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxanlardan bu gün ölüm halı olmayıb. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5712 test aparılıb. Aktiv xəstə sayı isə 1838 nəfərdir.

Cəmiyyət

Sumqayıtda “ƏN UCUZ MARKET”-də çek maxinasiyaları – ŞİKAYƏT/FOTO

Xeberal.Az Teref.az-a istinadən xəbər verir ki, şikayətçi Leyla Yusif (Лэйла Юсиф) Sumqayıt şəhər 9-cu mikrorayon ərazisində yerləşən “ƏN UCUZ MARKET”-dəndir. Şikayətçi iddia edir ki, bu marketdə QKod-lu çekləri almaq bir işdirsə, sonra onalrın sistemə vurulması üçün market işçiləri ilə mübahisə etmək başqa bir iş. Hər halda Vergilər Nazirliyinin əlaqədər əməkdaşları bunu yoxlayarlar. Beləliklə şikayətçi Leyla […]