AKTUAL

İsa Həbibbəyli: Dövlət başçısının sərəncamları elm və təhsil sahəsində çalışanların üzərinə böyük məsuliyyət qoyur

“Azərbaycan Prezidenti İlham Əliyevin 2019-cu il iyunun 18-də bir çox dövlət qurumlarında, eyni zamanda, elm və təhsil müəssisələrində çalışan əməkdaşların maaşlarının artırılması ilə bağlı imzaladığı sərəncamlar aparılan uğurlu iqtisadi siyasətin nəticəsidir”. Bu fikri AMEA-nın vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli deyib. İ.Həbibbəyli bildirib ki, aparılan iqtisadi islahatlar və əldə olunan nailiyyətlər […]

AKTUAL

Azər Badamov: Əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində atılan addımlar davamlı xarakter daşıyır

“Ölkəmizin iqtisadi gücü artdıqca dövlət tərəfindən əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində atılan addımlar da davamlı xarakter alır”. Bu fikri Milli Məclisin deputatı Azər Badamov deyib. A.Badamov bildirib ki, bu ilin əvvəlində ölkə başçısının imzaladığı sosial paketi çərçivəsində 3 milyondan çox vətəndaşın gəlirləri artmışdı: “Amma bu paketin imzalanmasından sonra qeyd olunmuşdu ki, bu son deyil və […]

AKTUAL

Sahil Babayev: Ölkəmizdə həyata keçirilən pensiya islahatı sosialyönümlü siyasətin nəticəsidir

Ölkəmizdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində genişmiqyaslı tədbirlər davam edir. Pensiya və müavinətlər, əhalinin ən müxtəlif təbəqələrinin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı dövlət başçısının imzaladığı çoxsaylı Fərman və Sərəncamlar, xüsusilə bu ilin əvvəlindən həyata keçirilən sosial islahatlar dövlətin bu istiqamətdə davamlı siyasətinin nəticəsi hesab olunur. Azərbaycan dövləti vətəndaşların rifahının yüksəldilməsini, onların daha yaxşı yaşamasını təmin […]

AKTUAL

Eldar Quliyev təltif olundu

Milli Məclisin deputatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisində (QDİƏT PM) Azərbaycan nümayəndə heyətinin rəhbəri Eldar Quliyev adıçəkilən beynəlxalq təşkilat tərəfindən fəxri medalla təltif olunub. Unikal.org xəbər verir ki, fəxri medal QDİƏT PM-in fəaliyyətinə xüsusi töhvələr vermiş, qurumun işinin təşkilinə yaxından dəstək göstərən şəxslərə verilir. Belə ki, mükafat Eldar Quliyevə 20-21 iyun tarixlərində Bakıda […]

AKTUAL

Əli Əhmədov: “Qadınlar özlərini ciddi biznes fəaliyyəti ilə məşğul olmağa hazır hiss etməlidir”

“Qadınlar təkcə kiçik sahibkarlıqla deyil, özlərini həm də ciddi biznes fəaliyyəti ilə məşğul olmağa hazır hiss etməlidir”. APA-nın məlumatına görə, bunu Baş nazirin müavini Əli Əhmədov “Qadın sahibkarlığının inkişafı: təcrübə, imkanlar və nailiyyətlər” adlı Beynəlxalq Forumda deyib. O bildirib ki, Azərbaycan hökuməti qadınların sahibkarlıq fəallığının artırılmasına böyük önəm verir: “Ölkəmiz son illərdə iqtisadi inkişaf sahəsində […]

AKTUAL

Niyə dini dərslərin tədrisinə qarşıyıq ?! – Mirismayıl Xələfli yazır…

“Orta və Ali məktəblərdə Dini dərslərin tədrisi” ilə bağlı məsələ gündəmi zəbt edib. Dünəndən bugünə anlayışı, savadı olan olmayan hər kəs bu mövzu haqqında fikir bildirməyə çalışır. Dini geridə qalmışlıq, elmdən uzaqlıq kimi dəyərləndirənlər də var ki,Mars planeti harda yerləşir, niyə o planetin adı Marsdır? və s bu kimi  sualların qarşısında aciz qalanlar “Avropa Marsa […]

AKTUAL

Gömrük Komitəsinə qarşı etiraz aksiyası keçirilir – VİDEO

XəbərAl.az xəbər verir ki, ötən gün bir qrup şəxs Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin binası qarşısında etiraz aksiyası keçirib. Aksiya iştirakçıları Biləsuvar rayonunun sakinləri olub. Onlar bildiriblər ki, yaşayışları üçün hər dəfə İrandan gətirdikləri ərzağa görə onlardan rüşvət tələb olunur və süründürməçiliyə salırlar. Aksiya iştirakçıarı əsasən Qarabağ müharibəsinin veteranları olub. Aksiyaçılar bildirib: “Prezident […]

AKTUAL Hadisə

YPX-nın əməkdaşı uşağın həyatını xilas etdi FOTOLAR

“Ötən gecə bir uşağın halı pisləşir və təcili tibbi yardım çağırırlar. Ancaq təcili yardım gec gəlir. Bunu görən valideyn yol qırağına çıxaraq 99 YP 507 nömrəli yol patrol xidmətinin əməkdaşına yaxınlaşaraq ona kömək etməsini xahiş edir və həmin YPX əməkdaşı yolu açıb valideyinə kömək edərək həmin uşağı valideyini ilə birlikdə xəstəxanaya qədər müşahidə edib. Çətin […]