AKTUAL

Rusiya 51 ölkəyə silah tədarük edir

“Rusiya Fedarasiyası Dünyanın 51 ölkəsinə silah tədarük edir”. APA xəbər verir ki, bunu Rusiya Federal hərbi-texniki Əməkdaşlıq Xidmətinin direktoru Dmitri Şugayev “Rusiya 24” televiziya kanalına açıqlamasında bildirib. O, əlavə edib ki, ölkəsi silah satışından 2018-ci ildə isə 15,5 milyard dollardan çox qazanıb.

AKTUAL

Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov Silahlı Qüvvələr Günü münasibətilə hərbçiləri təbrik edib

Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə hərbçiləri, əsgər və zabitləri təbrik edib. APA-nın məlumatına görə, millət vəkili Vətən naminə müqəddəs və şərəfli xidmətlərində uğurlar arzu edib. O qeyd edib ki, Azərbaycanın silahlı qüvvələri döyüş qüdrətinə və təchizatına görə dünyanın ən güclü orduları sırasındadır. “Ölkəmiz dünyada ordumuzun […]

AKTUAL

Azərbaycanın sabiq nazirinin oğlu radikal dini təriqətə üzv olub

Sabiq kənd təsərrüfatı naziri İsmət Abbasovun oğlu Yunis Abbasovun Londonda böyük mal-mülkünün üzə çıxması haqda ötən həftə yazmışdıq. Bu günlərdə isə onun dini baxışları ilə bağlı xəbərlər yayılıb. Faktaz.com “Yeni Müsavat”a istinadən xəbər verir ki, Y.Abbasov Londonda radikal dini təriqət üzvü olub. Onun sələfi olduğu haqda məlumatlar dolaşır. Yunis Abbasov uzun illərdir ki, Londonda yaşayır. […]

AKTUAL

Şirməmməd Hüseynov vəfat etdi

Azərbaycanın görkəmli alim və mətbuat tədqiqatçısı, Ali Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, Bakı Dövlət Universitetinin mətbuat tarixi və ideoloji iş metodları kafedrasının professoru, Azərbaycan jurnalistikasının görkəmli simalarından biri Şirməmməd Hüseynov bu gün 95 yaşında evində vəfat edib. AzEdu.az xəbər verir ki, bu barədə Modern.az-a mərhumun yaxınları məlumat verib. Qeyd edək ki, Şirməmməd Hüseynov 1924-cı ildə […]

AKTUAL

Bakı Nəqliyyat Agentliyi dayanma, durma və parklanma qaydalarını pozan sürücülərə xəbərdarlıq edib

“Yaxın günlərdə Agentlik tərəfindən dayanma, durma və parklanma qaydalarını pozan nəqliyyat vasitələrinin nəzərdə tutulmuş hallarda və qaydada müvəqqəti duracağa daşınması– təxliyyə xidmətinə başlanılacaq”. Bakı Nəqliyyat Agentliyindən APA-ya verilən məlumata görə, ilkin olaraq təxliyyə işləri vətəndaşlar tərəfindən daha çox şikayət olunan, qanunsuz parklanma səbəbindən günün pik və qeyri-pik saatlarında nəqliyyat sıxlığı müşahidə edilən ərazilərində həyata keçiriləcək. Təxliyyə […]

AKTUAL

Kamal Kılıçdaroğlu: “Hər şey çox gözəl olacaq demişdik və hər şey çox gözəl oldu”

Türkiyə Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri vəzifəsinə təkrar seçkilərin nəticələri ilə əlaqədar münasibət bildirib və nəticələri müsbət qiymətləndirib.   APA xəbər verir ki, bu barədə o, “Twitter” səhifəsində açıqlama yayıb. CHP lideri “Hər şey çox gözəl olacaq demişdik və hər şey çox gözəl oldu” – deyə seçkinin nəticələrini qısaca […]

AKTUAL

Ərdoğan Əkrəm İmamoğlunu təbrik edib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri vəzifəsinə təkrar seçkilərin nəticələri ilə bağlı öz münasibətini bildirib və CHP-nin namizədi Əkrəm İmamoğlunu qələbə münasibətilə təbrik edib. APA-nın Türkiyə bürosu xəbər verir ki, “Twitter” hesabından paylaşım edən Ərdoğan milli iradənin bir daha öz gücünü göstərdiyini bildirib. “İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri vəzifəsinə təkrar səsvermənin nəticələrinin İstanbulumuz […]

AKTUAL

Leytenant Asim Hüseynli: Ali Baş Komandanımız tərəfindən Vətən keşikçilərinə yüksək diqqət və qayğı göstərilir

Bir zabit kimi ölkəmizdə ordu quruculuğunun hər zaman prioritet məsələ olduğunu, Ali Baş Komandanımız tərəfindən Vətən keşikçilərinə yüksək diqqət və qayğı göstərildiyini, xalq tərəfindən ordu mənsublarına xüsusi rəğbət və hörmət bəsləndiyini hər an öz üzərimdə hiss edirəm. Bunu Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin zabiti, leytenant Asim Hüseynli deyib. A.Hüseynli bildirib ki, biz Vətən qoruyucuları, […]

AKTUAL

Tahir Rzayev: Azərbaycanın dinamik inkişafı regionların timsalında da özünü aydın şəkildə göstərir

“Azərbaycanda yüksək vətəndaş məmnunluğu yaradan dəyərlər formalaşıb. Belə ki, Prezident İlham Əliyev həmişə qəti mövqe və siyasi iradə ortaya qoyaraq komandasının diqqətini, dövlətin resurslarını ən ümdə məsələlərə yönəldir. Bu məsələlər sırasında sosial sfera, vətəndaşlara qayğı prioritet təşkil edir. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, ölkədə aparılan siyasətin mərkəzində Azərbaycan vətəndaşının maraqları dayanır”. Bu fikirləri […]

AKTUAL

Vüqar Bayramov: Sərəncam sosial islahatlarda yeni bir mərhələ kimi qiymətləndirilməlidir

“Prezident İlham Əliyevin minimum əməkhaqqının 250 manata çatdırılması ilə bağlı imzaladığı sərəncam sosial islahatlarda yeni bir mərhələ kimi qiymətləndirilməlidir. Nəzərə alsaq ki, bu, 600 mindən çox vətəndaşı əhatə etməklə yanaşı, minimum əməkhaqqı ilə orta aylıq əməkhaqqı arasındakı fərqin beynəlxalq standartlara yaxınlaşmasına xidmət edəcək”. Bu fikirləri iqtisadçı-ekspert Vüqar Bayramov deyib. V.Bayramov bildirib ki, minimum əməkhaqqının artırılması […]