Ötən gün Prezident İlham Əliyevin sərəncamı ilə Ağsu Rayon İcra Hakimiyyətinin başçısı təyin olunmuş Vahid Heydər oğlu Tağıyevlə bağlı bəzi avtobiqorafik məlumatlar bəlli olub. XəbərAl.az-a daxil olan məlumata görə, Ağsunun yeni icra başçısı V.Tağıyev əslən Göyçay rayonundandır. O, icra başçısı təyin olunmazdan əvvəl təhlükəsizlik orqanlarında çalışıb. Onun Dövlət Təhlükəsizlik Xidmətinin Astara və Zaqatala şöbələrində rəis müavini vəzifəsini […]
AKTUAL
İlham Əliyev SƏRƏNCAM İMZALADI – 4 milyon manat ayrıldı
Oktyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gənclər Fondunun fəaliyyətinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. XəbərAl.az xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Respublikasının şəhər və rayonlarında yaşayan gənc vətəndaşların dövlət gənclər siyasətinin tələblərinə uyğun şəkildə hərtərəfli inkişafının təmin olunması, habelə xalqımızın ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsini, azərbaycançılıq məfkurəsini gənc nəslin daha […]
“Bilinmir ki, onlar qazilərdir, ya yox” – Rövnəq Abdullayev
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti, millət vəkili Rövnəq Abdullayev Qarabağ qaziləri ilə SOCAR əməkdaşları arasında yaranan davadan danışıb. Rövnəq Abdullayev Unikal.org-a eksklüziv açıqlamasında bildirib ki, baş verən hadisədən xəbərdardır: “Bu barədə məlumatım var. Baş verən hadisədə iştirak edən şəxslər hələ dəqiq bilinmir ki, qaziləridir, ya yox. Bütün hallarda dövlət məmuruna əl qaldırmaq ağır cinayətdir”.
Baş Prokuror Rafael Cəbrayılovdan DANIŞDI: MSK-nın qərarından sonra…
Mərkəzi Seçki Komissiyası deputat Rafael Cəbrayılovun fəaliyyətinə xitam verdikdən sonra bu məsələ müzakirə olunacaq. XəbərAl.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Baş Prokuror Zakir Qaralov deyib. Onun sözlərinə görə, R.Cəbrayılovun aldığı borcla bağlı vətəndaşlar məhkəmələrə müraciətlər ediblər: “İddia ərizəsinə mülki qaydada baxılır. Məhkəmə baxışında əgər onun tərəfindən dələduzluq və ya cinayət faktı müəyyən ediləcəksə, onun barəsində […]
Zakir Qaralov Fuad Qəhrəmanlıdan danışdı: “Bizə müraciət olub”
“Qadın və uşaqların hüquqlarını müdafiə edən bəzi qeyri-hökmət təşkilatları Baş Prokurorluğa AXCP-nin keçmiş sədr müavini Fuad Qəhrəmanlının öz ailə üzvlərinə qarşı törətdiyi işgəncələr, izdirablar, ağır xəsarətlər yetirilməsi ilə bağlı onun cinayət məsuliyyətinə cəlb olunması üçün müraciət ediblər”. Bunu Baş prokuror Zakir Qaralov jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, həmin müraciət hazırda Baş Prokurorluqda baxılma mərhələsindədir: […]
Ənvər Seyidəliyev: Bundan sonra məqsədim ancaq dövləti və dövlətçiliyi qorumaq olacaq
XəbərAl.az xəbər verir ki,Prezident Ilham Əliyevin sərəncam ilə Ağsu rayonun icra başcısı Ənvər Seyidəliyev vəzifəsindən azad olunub. Bununla bağlı Ənvər Seyidəliyev açıqlamasında bildirib ki, Allah prezidentimizin canını sağ eləsin. Bundan sonra məqsədim ancaq dövləti və dövlətçiliyi qorumaq, Prezidentin arxasınca getmək, onun tapşırıqlarını yüksək səviyyədə yerinə yetirmək olacaq. Mənim 70 yaşım var. İş olsa, işləyəcəm, olmasa […]
Hərbi xidmətə çağırış başladı
Bu gündən Azərbaycanda növbəti həqiqi hərbi xidmətə çağırış başlayıb. XəbərAl.az xəbər verir ki, çağırış Prezident İlham Əliyevin bu il avqustun 28-də imzaladığı “Azərbaycan Respublikası vətəndaşlarının 2019-cu il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” sərəncamına uyğun olaraq həyata keçirilir. Sərəncama əsasən, 2001-ci ildə doğulmuş […]
Ağır cinayətlər üç dəfə azalıb – General
Əksər cinayət növlərinin azalması tendensiyası bu il də davam edib. XəbərAl.az xəbər verir ki, bu bu barədə məlumat hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyevin məqaləsində yer alıb. “2003-cü illə müqayisədə 2018-ci ildə qeydə alınmış cinayətlərin ümumi sayı 43,2 faiz, müxtəlif səbəblərdən ölən hərbi qulluqçuların sayı 18 faiz, qəsdən adamöldürmə cinayətləri 60 faiz, hərbi xidmətdən yayınma […]
İlham Əliyev bu icra başçısını işdən çıxardı – Yeni təyinat
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Ənvər Seyidəliyevin Ağsu Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. XəbərAl.az sərəncamın mətnini təqdim edir: “Ənvər Qasım oğlu Seyidəliyev Ağsu Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin”. Prezidentin digər sərəncamı ilə Vahid Heydər oğlu Tağıyev Ağsu Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Rafael Cəbrayılov deputat mandatından imtina etdi – Yenilənir
Mandat vəsiqəsini girov qoyub borc götürməklə gündəmə gələn millət vəkili Rafael Cəbrayılov parlamentə müraciət edib. XəbərAl.az xəbər verir ki, o, Konstitusiyaya müvafiq olaraq mandatından özü imtina etməsi ilə bağlı müraciət edərək istefa vermək qərarına gəlib. Qeyd edək ki, deputatın müraciətini Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli oxuyub. Ə. Hüseynli bildirib ki, protokol […]