AKTUAL manset

Zakir Qaralov: “Qarşılıqlı əməkdaşlığımız ədalət mühakiməsinin effektivliyinin artmasına xidmət edəcək”

“İstər ibtidai istintaq, istərsə də məhkəmələrdə dövlət ittihamının müdafiəsi zamanı sırf təmasda olan prokurorluq əməkdaşlarının və vəkillərimizin əsas məqsədi fiziki və hüquqi şəxslərin hüquqlarını, qanunla qorunan mənafelərini müdafiə etmək, onlara yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsini təmin etmək, ədalət mühakiməsinin həyata keçirlməsi zamanı insan hüquqları və azadlıqları ilə bağlı beynəlxalq və konustutsion prinsiplərinin təbliğinə xidmət etməkdir”. […]

AKTUAL manset

Ədliyyə naziri: “Vəkillik peşəsi Azərbaycanda qədim və şərəfli tarixə malikdir”

“Vəkillik peşəsi Azərbaycanda qədim və şərəfli tarixə malikdir”. XəbərAl.az xəbər verir ki, bunu Ədliyyə naziri Fikrət Məmmədov deyib. O bildirib ki, Azərbaycan vəkilliyi zəngin və keşməkeşli inkişaf yolu keçib: “Azərbaycanda vəkilliyin formalaşması Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti dövrünə təsadüf edir. Cümhuriyyət hökumətində vəkilliyin geniş təmsil olunması xüsusilə əlamətdardır. Təbii ki, Sovet hökuməti qurulandan […]

AKTUAL manset

Baş nazirdən təhsil xərcləri ilə bağlı – Qərar

“Ali təhsil müəssisələrində və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarında dəyişiklik edilib. XəbərAl.az-ın məlumatına görə, bununla bağlı Baş nazir Novruz Məmmədov qərar imzalayıb. Qərarda Nazirlər Kabineti Təhsil Nazirliyinin və Maliyyə Nazirliyinin təklifləri nəzərə alınıb. 1 nömrəli əlavə ilə […]

AKTUAL manset

Fuad Ələsgərov: “Yeni qanunvericilik paketi üzrə iş yekunlaşmaq üzrədir”

“Hazırda məhkəmə-hüquq islahatlarının davam etdirilməsi ilə bağlı hüquq-mühafizə orqanlarının, məhkəmə sisteminin əməkdaşlarından ibarət işçi qruplar fəaliyyət göstərir”. XəbərAl.az-ın xəbərinə görə, bunu Azərbaycan Respublikası Prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi – şöbə müdiri Fuad Ələsgərov Azərbaycan Vəkillər Kollegiyası və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin birgə təşkilatçılığı ilə, Azərbaycanda vəkillik peşəsi ilə bağlı yubiley […]

AKTUAL manset

Bakıda icazəsiz aksiyaya cəhdlərin qarşısı alınacaq – BŞBPİ

Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) sosial şəbəkələrdə bir qrup müxalifət fəalının paytaxtda icazəsiz aksiya çağırışlarına münasibət bildirilib. Baş İdarənin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev XəbərAl.az-a bildirib ki, ölkəmizdə ictimai-siyasi proseslər qanunla tənzimlənir: “Qanunvericiliyə uyğun olaraq, paytaxtda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılıb sanksiyalaşdırılmayan qanunsuz aksiyanın, yaxud aksiyaya cəhdlərin qarşısı alınacaqdır”. Qeyd edək […]

AKTUAL manset

Kəmaləddin Heydərov Cəlilabadda qəbul keçirəcək

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov tərəfindən 5 oktyabr 2019-cu il tarixdə Cəlilabad şəhərində, Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 11.00-dan Cəlilabad rayonu sakinlərinin və həmin rayonda məskunlaşmış məcburi köçkünlərin qəbulu keçiriləcək. FHN-dən XəbərAl.az-a verilən məlumata görə, qəbula gələn vətəndaşların qeydiyyatı 4 oktyabr 2019-cu il tarixdə Cəlilabad rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat […]

AKTUAL manset

SON DƏQİQƏ: Rafael Cəbrayılovla bağlı QƏRAR VERİLDİ (YENİLƏNDİ)

Mərkəzi Seçki Komissiyası (MSK) Rafael Cəbrayılovun deputat mandatından məhrum edilməsi ilə bağlı qərar qəbul edib. “Report” xəbər verir ki, qərar R.Cəbrayılovun müraciəti əsasında MSK-nın bu gün keçirilən iclasında çıxarılıb.Mərkəzi Seçki Komissiyası (MSK) Rafael Cəbrayılovun deputat mandatından məhrum edilməsi ilə bağlı qərar qəbul edib. XəbərAl.az xəbər verir ki, qərar R.Cəbrayılovun müraciəti əsasında MSK-nın bu gün keçirilən […]

AKTUAL manset

Vətəndaşların qanunvericilik təşəbbüsü… – Qanun layihəsi müzakirə olundu

Bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin növbəti iclası keçirilib. XəbərAl.az xəbər verir ki, iclasın gündəliyinə 9 məsələ daxil edilib. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli öncə ikinci oxunuşda müzakirəyə təqdim olunmuş “Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında” qanun layihəsi barədə məlumat verib. Bildirib ki, […]

AKTUAL manset

Nazir müavini: “Bəzi kəndlərdə hələ də məktəbəqədər təhsil müəssisələri yoxdur”

“Azərbaycanda 3-5 yaşlı uşaqların məktəbəqədər təhsilini təmin edən müəssisələr ölkə üzrə bərabər paylanmır”. XəbərAl.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva deyib. Onun sözlərinə görə, bəzi kəndlərdə ümumiyyətlə məktəbəqədər təhsil müəssisələri yoxdur: “Elələri də var ki, orada say kifayət qədər deyil. Bu baxımdan ümumtəhsil müəssisələrinin bazasında 3-5 yaşlı uşaqlar üçün məktəbəqədər […]

AKTUAL Manşetüstü

Fuad Qəhrəmanlının məhkəməsinin vaxtı – Açıqlandı

Fuad Qəhrəmanlının həyat yoldaşı Zümrüd Qəhrəmanlının (Zümrüd Yağmur) boşanma ilə bağlı iddia ərizəsi üzrə növbəti məhkəmə iclasının vaxtı açıqlanıb. Abşeron rayon Məhkəməsindən XəbərAl.az-a bildirlib ki, məhkəmə baxışı oktyabrın 10-na təyin olunub. İşə hakim Elman Məmmədovun sədrliyi ilə baxılacaq. Məlumata görə, sentyabrın 26-da cavabdeh Fuad Qəhrəmanlı və onun vəkili prosesdə uiştirak etməyib. Bu səbəbdən proses həmin […]