AKTUAL manset

Ağır cinayətlər üç dəfə azalıb – General

Sharing is caring!

Əksər cinayət növlərinin azalması tendensiyası bu il də davam edib.

XəbərAl.az xəbər verir ki, bu bu barədə məlumat hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyevin məqaləsində yer alıb.

“2003-cü illə müqayisədə 2018-ci ildə qeydə alınmış cinayətlərin ümumi sayı 43,2 faiz, müxtəlif səbəblərdən ölən hərbi qulluqçuların sayı 18 faiz, qəsdən adamöldürmə cinayətləri 60 faiz, hərbi xidmətdən yayınma cinayətləri 88,5 faiz, fərarilik cinayətləri isə 200 dəfədən artıq azalıb. 2018-ci ilin birinci yarımili ilə müqayisədə 2019-cu ilin müvafiq dövründə qeydə alınmış xüsusilə ağır cinayətlər üç dəfə, qəsdən adam öldürmə, qəsdən sağlamlığa ağır zərər vurma, silahla və ətrafdakılar üçün yüksək təhlükə törədən əşyalarla davranış qaydalarını pozma və maşınları idarəetmə və istismar qaydalarını pozma cinayətləri 50 faiz, hakimiyyətdən sui-istifadə etmə cinayətləri 29,3 faiz, öz sağlamlığına zərər vurmaqla və ya sair üsulla hərbi xidmətdən boyun qaçırma cinayətləri isə 7,7 faiz azalıb”, – X.Vəliyev qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir