Cəmiyyət

7 yaşlı Hüseynin anası: “Qərib ölkədə balamla çarəsiz qalmışıq” – FOTO/VİDEO

Sharing is caring!

2015-ci il təvəllüdlü Babayev Hüseyn Real oğlu kəskin limfoblast leykemiyadan əziyyət çəkir.

Bu barədə Oxu.Az-a onun anası Babayeva İlahə Elxan qızı məlumat verib.

O bildirib ki, 7 yaşlı oğlu 2017-ci ildən bu xəstəliklə mübarizə aparır:

“1 il 3 aydır ki, Belarusun paytaxtı Minskdə Uşaq Onkologiya Mərkəzində müalicəmizi davam etdiririk. Müalicənin yaxşı getdiyi bir vaxtda Hüseynin başında qəfil ağrılar başladı. Yoxlanış zamanı məlum oldu ki, xəstəlik artıq onun onurğa beyninə vurub. Həkimlər isə dərhal ilik transplantasiyasının vacib olduğunu dedilər. Bütün bədəninə metastaz vermə riski olduğu üçün Hüseyn 3 blok kimyaterapiya qəbul etməlidir. Bunun üçün bizdən 45 min dollar tələb olunur.

Daha sonrakı mərhələdə ilik nəqli ediləcək. Xəstəxana bunun üçün 100 min dollar pul istəyir. Biz müalicələr üçün Türkiyəyə getməyi qərara aldıq. Bu gecə Belarusdan Bakıya daha sonra isə dərhal Türkiyəyə uçacağıq. Xəstəxanaya giriş üçün 15 000 dollar ödəniş etməliyik. Bu puldan 3800 dollar əskiyimiz qalıb. Lakin bizim bu pulu qarşılamağa maddi imkanımız qalmayıb. Qərib ölkədə balamla çarəsiz qalmışıq. Bir ana olaraq imkanlı şəxslərdən bizə yardım etmələrini xahiş edirəm”.

Ailə ilə əlaqə nömrəsi: 055 731 38 59 (hal-hazırda xaricdə olduqları üçün yalnız “WhatsApp” üzərindən əlaqə saxlaya bilərsiniz).

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir