Cəmiyyət

Cəlilabadda açıq ərazidə baş verib – FOTO

Sharing is caring!

Cəlilabad rayonunda yanğın olub.

“Report” xəbər verir ki, yanğın Uzuntəpə kəndinin kənarında, Mahmudçala adlanan bataqlıq ərazidə qeydə alınıb.

Hadisə yerinə Cəlilabad rayon yanğından mühafizə hissəsinin əməkdaşları və texnikası cəlb olunub.

İlkin məlumata görə, yanğın nəticəsində 4 hektara yaxın ərazidə quru ot və kol-kos yanıb.

Qeyd edək ki, bu gün səhər saatlarında da həmin yerdə daha bir yanğın baş verib.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir