Cəmiyyət

Rəşad Məcid Mətbuat Şurasının sədri olacaq? – AÇIQLAMA

Sharing is caring!

“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid Mətbuat Şurasının sədri vəzifəsini icra edəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. 

O, Oxu.Az-a açıqlamasında Mətbuat Şurasının sədri Əflatun Amaşovun istefa verməsi ilə bağlı məlumatlı olmadığını bildirib:

“Mətbuat Şurasının İdarə Heyəti toplanacaq və qurultayın vaxtını təyin edəcəklər. Sədr seçkisi də qurultayda jurnalistlərin iradəsinə bağlıdır”.

Qeyd edək ki, unikal.org saytı Əflatun Amaşovun istefa ərizəsi yazması və onu Rəşad Məcidin əvəz edəcəyi barədə məlumat yayıb.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir