Cəmiyyət

Zaqatalada avtomobilin vurduğu piyada ölüb

Sharing is caring!

Zaqatalada 39 yaşlı kişini maşın vuraraq öldürüb.

APA xəbər verir ki, hadisə Zaqatala-Muğanlı avtomobil yolunun rayonun Dağlı kəndi ərazisindən keçən hissəsində baş verib.

Rayon sakini Bilal Hilalov idarə etdiyi “Opel” markalı minik avtomobili ilə piyada 1983-cü il təvəllüdlü Dağlı kənd sakini Osman Hacı oğlu Məhərrəmovu vurub. O. Məhərrəmov aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir