Cəmiyyət

Azərbaycan torpaqlarının işğalı 30 il davam edib

Sharing is caring!

1980-ci illərin sonlarında Ermənistan Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları edərək, etnik təxribatlar və terror törətməyə başladı. Onlar SSRİ-nin mərkəzi hakimiyyətinin zəifləməsindən istifadə edərək, Dağlıq Qarabağ Muxtar Vilayətinin  Ermənistana birləşdirilməsi üçün hərəkətə keçdilər. Nəticədə XX əsrin ən faciəli münaqişələrindən biri başladı.                                                                                                                                                                                                                                                                               1987   -ci ilin  sonlarında    Ermənistan    SSR-in   Qafan rayonunda azərbaycanlıların öz tarixi  torpaqlarından  qəddarlıqla  deportasiya  prosesi başlaydı. 1988-1989-cu illərdə  Ermənistanın  müxtəlif    şəhər və rayonlarında yaşayan azərbaycanlılar  da  eyni  aqibətlə üzləşdilər. Ermənistanda yaşayan 250 mindən çox  azərbaycanlı  öz tarixi  torpaqlarından  zorla  qovulub, onlardan    216  nəfə r vəhşicəsinə  qətlə  yetirilib, 1154  nəfər isə  yaralanıb. Onlar  erməni  zorakılığından  öz  həyatların  ı xilas   etmək üçün  Azərbaycana  sığınmaq məcbur  olublar. 1994-cü il  mayın 12-də atəşkəsə  dair razılıq əldə  olundu. Bu vaxta qədər Ermənistanın hərbi təcavüzü nəticəsində  Azərbaycan Respublikasının  20 faiz ərazisi – Xankəndi  şəhəri,  Xocalı, Şuşa, Laçın, Xocavənd, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları, həmçinin  Tərtər    rayonunun 13, Qazax rayonunun 7, Naxçıvanın  Sədərək rayonunun isə 1 kəndi   Ermənistan ordusu  tərəfindən  işğal   olunmuşdu. Ermənistanın  təcavüzü  nəticəsində 1 milyondan  artıq azərbaycanlı  qaçqın və məcburi  köçkün  vəziyyətinə  düşüb, 20   min nəfərdən  çox  azərbaycanlı hərbi  əməliyyatlar  dövründə  öldürülüb, 50 min  nəfərdən  çoxu  isə  əlil  olub.

Sədafər Hüseynov
Saatlı Rayon Ağsaqqallar Şurasının sədri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir