Cəmiyyət

Gədəbəydə iki yeniyetməni avtomobil vurub

Sharing is caring!


Gədəbəy rayonunda 2 piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Report”un məlumatına görə, hadisə Gədəbəy şəhər ərazisində qeydə alınıb.

Yolu qarşı tərəfə keçmək istəyən 2008-ci il təvəllüdlü N.Mahmudovu və 2010-cu il təvəllüdlü V.Bağırovu avtomobil vurub.

Hər ikisi müxtəlif bədən xəsarətləri alıblar və xəstəxanaya çatdırılıblar. Onların vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir