Cəmiyyət

Avtomobili və sürücülük vəsiqəsi olmayan şəxsə cərimə YAZILDI – VİDEO

Sharing is caring!




Avtomobili və sürücülük vəsiqəsi olmayan Ağdaş sakininin yaşadığı ünvana radara düşməsi ilə bağlı cərimə protokolu gəlib.

Xezerxeber.az-ın məlumatına görə, Ağdaş rayonu, Qolqəti kənd sakini 17 yaşlı Orxan Həsənov deyir ki, hazırda adında radara düşməsi ilə bağlı iki cərimə protokolu var.

Orxan Həsənov bildirib ki, ona cərimə heç sürə bilmədiyi yük maşınına görə yazılıb.

Ekspertlərin sözlərinə görə, belə hallar texniki səbəblərdən baş verir və bunun əsas səbəbi də məlumatların sistemə yanlış daxil edilməsidir.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən (BŞDYPİ) bildirilib ki, həmin nəqliyyat vasitəsi etibarnamə əsasında sürülməyə verildiyi zaman texniki xəta yaranıb. Bununla bağlı baş idarəyə müraciət etdikdən sonra məsələyə baxılacaq.

Ekspertlər bu kimi hallarla rastlaşan vətəndaşlara vaxtında uyğun idarələrə müraciət etməyi, adlarından cəriməni sildirməyi məsləhət görürlər.

Ətraflı süjetdə:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir