Cəmiyyət

Naxçıvan şəhərində fərdi yaşayış evlərini su basıb – RƏSMİ AÇIQLAMA – YENİLƏNİB + VİDEO

Sharing is caring!




Muxtar respublika ərazisində yağıntılı hava şəraiti hökm sürür. Naxçıvan şəhərinə və ətraf rayonlara leysan yağıb, şimşək çaxıb, dolu düşüb.

Bu barədə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən Oxu.Az-a məlumat verilib.

Bildirilib ki, intensiv yağışlar səbəbindən Naxçıvan şəhərində fərdi yaşayış evlərini su basıb.

Nazirliyin qüvvələri ərazilərə cəlb olunub, suyun çəkilərək kənarlaşdırılması təmin edilir.

15:04

Naxçıvan şəhərində bir neçə gündür ki, qeyri-sabit hava şəraiti davam edir. Yağan güclü leysan şəhərdəki məktəb, tibb müəssisələri və yaşayış evlərinə ziyan vurub.

Oxu.Az xəbər verir ki, bunu əks etdirən görüntülər “Nuhçıxan”ın sosial şəbəkə hesabında paylaşılıb.

Görüntülərdən də yağış sularının məktəbin sinif otaqlarına dolduğunu görmək mümkündür.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir