Cəmiyyət

Ödənişli yolda qəza: Xəsarət alanlar var – FOTO

Sharing is caring!




Bakı-Quba-Rusiya ilə dövlət sərhədi ödənişli yolunun Xaçmazdan keçən hissəsində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Report” xəbər verir ki, KIA markalı avtomobil ödənişli yolda idarəetmədən çıxaraq yolun kənarına aşaraq ağaca çırpılıb.

Qəza nəticəsində avtomobildə olan beş nəfərdən dörd nəfəri – Rusiya vətəndaşları 1961-ci il təvəllüdlü Aleksey Fedroviç Makiyev, 1977-ci il təvəllüdlu Elena Makiyeva, 2007-ci il təvəllüdlü Denis Nikolayviç və Göyçay rayon sakini, 1972-ci il təvəllüdlü Humay Xəlilova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar təcili tibbi yardım briqadalarının köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir