Cəmiyyət

Bayram günlərində 10 mindən çox adama təcili yardım çağırılıb: Əsas ŞİKAYƏTLƏR

Sharing is caring!




Ramazan bayramı ilə əlaqədar qeyri-iş günlərində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Təcili tibbi yardım xidmətinə 10-14.04.2024-cü il tarixində 10 669 ümumi çağırış olub, onlardan 1 129-u hospitalizasiya edilib.

Çağırışların sayı ən çox 10.04.2024-cü il (ümumi çağırış sayı 2 154, hospitalizasiya olunanların sayı 244 olmaqla), 14.04.2024-cü il (çağırış sayı 2 211, hospitalizasiya olunanların sayı 234 olmaqla) qeydə alınıb.

Çağırış səbəbləri, əsasən, yüksək arterial təzyiq, kardioloji problemlər, müxtəlif növ travmalar, dispeptik əlamətlər, mövsümi respirator virus infeksiyaları və s. ilə bağlı olub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir