Cəmiyyət

Kəlbəcərdə əl qumbaraları və sursat aşkarlanıb – FOTO

Sharing is caring!




Kəlbəcərdə əl qumbaraları və sursat aşkarlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Oxu.Aza məlumat verilib.

Bildirilib ki, Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə Kəlbəcər rayonu Qozlukörpü kəndi ərazisindən doqquz ədəd “F-1” əl qumbarası və partlayıcı başlıqlar aşkar olunub. Bundan başqa rayonun Çələkdar kəndi ərazisində 16 ədəd “F-1” əl qumbarası, iki ədəd partlayıcı başlığı, iki ədəd “M-75” əl qumbarası, dörd ədəd avtomat darağı və çox sayda patron aşkar olunub.

Partlayıcı sursatlar təhlükəsizlik tədbirlər görülərək ərazidən götürülüb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir