Cəmiyyət

Premyer Liqa: “Qarabağ” evdə “Səbail”ə qalib gəlib – YENİLƏNİB + FOTO/VİDEO

Sharing is caring!

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIX turun daha bir oyunu keçirilib.

Oxu.Az xəbər verir ki, günün ikinci matçında “Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda “Səbail”i qəbul edib. Qarşılaşma meydan sahiblərinin 4-2 hesablı qələbəsi ilə bitib. Görüşdə ilk qolu 7-ci dəqiqədə qonaqlardan Nir Bardea vurub. 15 və 40-cı dəqiqələrdə Yasin Benzianın dublu sayəsində Ağdam təmsilçisi fasiləyə üstün yollanıb.

69-cu dəqiqədə Toral Bayramov 90-cı dəqiqədə isə Nəriman Axundzadə meydan sahiblərinin üstünlüyünü möhkəmləndirib. Paytaxt klubunun ikinci hissədə yeganə qolu 88-ci dəqiqədə Rüfət Abdullazadənin ayağına yazılıb.

Qeyd edək ki, günün ilk qarşılaşmasında “Turan Tovuz” evdə “Sabah”ı 2 cavabsız qolla məğlub edib. Tura sabah yekun vurulacaq.

Daha çox foto burada: PhotoStock.Az

18:10

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIX turun daha bir oyunu keçirilib.

Oxu.Az-ın məlumatına görə, günün ilk matçında “Turan Tovuz” “Sabah”ı qəbul edib.

Tovuz şəhər stadionunda geçəkləşən qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. 26-cı dəqiqədə Aleks Souza fərqlənib. 82-ci dəqiqədə isə Otto Con adını tabloya yazdırıb.

Bu nəticədən sonra xallarının sayını 39-da çatdıran Tovuz təmsilçisi hazırda 6-cı pillədə qərarlaşıb. “Sabah” 40 xalla beşincidir.

Günün saat 20:00-da start götürəcək qarşılaşmasında “Qarabağ” “Səbail”i sınağa çəkəcək.

Qeyd edək ki, ötən gün “Kəpəz” “Araz-Naxçıvan”a qalib gəlib – 2:1. Tura aprelin 7-də yekun vurulacaq.

10:34

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXIX turun daha iki oyunu keçiriləcək.

Oxu.Az xəbər verir ki, günün ilk matçı Tovuzda olacaq.

“Turan Tovuz” doğma azarkeşləri önündə “Sabah”ı qəbul edəcək. Bölgə klubu 36 xalla 7-ci, paytaxt təmsilçisi 40 xalla beşinci pillədə qərarlaşıb.

İkinci görüşdə çempionluğu rəsmiləşdirən “Qarabağ” “Səbail”i sınağa çəkəcək. “Köhlən atlar”ın 69 xalı var. “Dənizçilər” isə 36 xalla altıncıdırlar.

Azərbaycan Premyer Liqası

XXIX tur

6 aprel

16:00. ”Turan Tovuz” – “Sabah”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamal Umudlu.

Hakim-inspektor: Rəhim Həsənov.

AFFA nümayəndəsi: Elçin Mehtiyev.

Tovuz şəhər stadionu

20:00. “Qarabağ” – “Səbail”

Hakimlər: Nicat İsmayıllı, Vüsal Məmmədov, Asiman Əzizli, Əli Əliyev.

Hakim-inspektor: Munis Abdullayev.

AFFA nümayəndəsi: Bəhram Qurbanov.

Tofiq Bəhramov adına Respublika stadionu

Qeyd edək ki, ötən gün “Kəpəz” “Araz-Naxçıvan”a qalib gəlib – 2:1. Tura aprelin 7-də yekun vurulacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir