Cəmiyyət

Saatlı və Cəlilabad rayonlarında yanğın olub

Sharing is caring!


Saatlı və Cəlilabad rayonlarında yanğın olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Məlumata görə, Novruzlu kəndində ümumi sahəsi 90 kvadratmetr olan birmərtəbəli dördotaqlı evin zirzəmisinin qamışdan ibarət tavanı 12 kvadratmetr sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Cəlilabad rayonunun Təzəkənd kəndində isə ümumi sahəsi 70 kvadratmetr olan birmərtəbəli üçotaqlı evin tavanı 34 kvadratmetr sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir