Cəmiyyət

Toyda mübahisə edən Sabirabad sakini özünə xəsarət yetirib

Sharing is caring!


Sabirabad rayonunda 29 yaşlı gənc özünə xəsarət yetirib.

“Report”un Aran bürosunun məlumatına görə, rayonun Bulduq kənd sakini, 1995-ci il təvəllüdlü Əjdər Elşad oğlu Səmədov bədəninin kəsilmiş-deşilmiş yarası ilə Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

İlkin məlumata görə, Ə.Səmədovun toy mərasimində mübahisəsi düşüb, evə qayıtdıqdan sonra o, kəsici alətlə özünə müxtəlif xəsarətlər yetirib.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir