Cəmiyyət

Ağdamda fərdi yaşayış evində yanğın olub – FOTO

Sharing is caring!


Ağdamda fərdi yaşayış evində yanğın baş verib.

APA xəbər verir ki, hadisə rayonun Mirəşəlli kəndində qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin Ağdam yanğından mühafizə hissəsinin əməkdaşları Mirəşəlli kənd sakini Malik Rəsul oğlu Quliyevə məxsus dördotaqlı fərdi yaşayış evində baş verən yanğını söndürüblər. Alovun digər tikililərə keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir