Cəmiyyət

Yaşıl enerji üzrə transformasiya layihələri uğurla həyata keçirilir

Sharing is caring!


“İqtisadi Zonaların İnkişafı Agentliyi tərəfindən Azərbaycan Respublikasının 2022-2026-cı illər sosial iqtisadi inkişaf strategiyasına uyğun olaraq yaşıl enerji üzrə transformasiya layihələri uğurla həyata keçirilir”.

Oxu.Az xəbər verir ki, bunu İqtisadi Zonaların İnkişafı Agentliyində 2023-cü ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında agentliyin idarə heyətinin sədri Seymur Adıgözəlov deyib.

O, qeyd edib ki, bununla bağlı Azərbaycanın ən böyük sənaye parkı olan Sumqayıt Kimya Sənaye Parkının elektrik enerjisinə olan tələbatının alternativ enerji mənbələri hesabına tam təmin edilməsi hədəflənir:

“Sumqayıt Kimya Sənaye Parkında elektrikli avtobusların istehsalı layihəsinin həyata keçirilməsi də gələcək planlar arasındadır. Bu cür avtobusların istehsal edilməsi ölkədə karbon qazı emissiyasının daha yaxşı idarə olunmasına gətirib çıxaracaq. Bununla yanaşı alternativ enerji texnologiyasının ölkəyə transferinə təkan verəcək.

Bu hədəfin gələcəkdə digər sənaye zonalarında da, əsasən də Qarabağda fəaliyyət göstərən sənaye parklarında tətbiq edilməsi nəzərdə tutulub. İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında hazırda mobil şəhərcik (sosial zona) hissəsi günəş panellərindən istifadə edilməklə işıqlandırılır, sənaye parklarının rezidentləri tərəfindən istehlak olunan elektrik enerjisinin bir hissəsinin günəş enerjisi hesabına təmin olunması nəzərdə tutulub”.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir