Cəmiyyət

TDT-nin baş katibi: “Seçkilərdə maraqlı mübarizəyə şahidlik edirik” – VİDEO

Sharing is caring!


“Bizim missiya Türk Dövlətləri Təşkilatını təmsil edir. Missiyamızın üzvləri TDT-yə üzv dövlətlərin Mərkəzi Seçki Komissiyasının üzvlərindən və qurumun rəhbər heyətindən təşkil olunub”.   

Bizim.Media xəbər verir ki, bu fikirləri TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev jurnalistlərə açıqlamasında bildirib.

O, missiyalarının iki qrupa bölündüyünü qeyd edib:

“Birinci qrupun üzvləri Qarabağda – işğaldan azad olunan ərazilərdə, daha dəqiqi desək Xankəndi və Şuşada təşkil edilən səsvermə məntəqələrində müşahidə aparırlar. İkinci qrup isə Bakıdadır. Səhər saatlarından müşahidələrimizi aparırıq. Onlarla səsvermə məntəqəsində olmuşuq. 

Missiyamızın üzvlərinin ötən gün Azərbaycanın xarici işlər naziri və MSK sədri ilə görüşləri olub. Biz bu görüşlərdə seçki qanunvericiliyi bazası, namizədlər, seçki prosesinin təşkili və digər məsələlərlə bağlı lazım olan zəruri məlumatları almışıq. Bizim ötən gün prezidentliyə namizədlərlə və seçkidə iştirak edən siyasi partiyalarla da görüşümüz olub. 

Ümumiyyətlə, prezident seçkisi bütün ölkələrdə gərgin siyasi mübarizə şəraitində keçir. Biz Azərbaycanda da maraqlı mübarizə prosesinə şahidlik edirik. Mən deyərdim ki, budəfəki seçki tarixi hadisədir.

Çünki qardaş Azərbaycan xalqı müstəqillik tarixində ilk dəfə olaraq ölkənin bütün ərazilərində səsvermə prosesini həyata keçirir. Bu da təkcə azərbaycanlılar üçün yox, bütün türkdilli xalqlar üçün qürurverici bir hadisədir. Ona görə də mən fürsətdən istifadə edərək hər kəsi təbrik edirəm”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir