Cəmiyyət

Quba-Xaçmaz yolunda baş verən qəzanın səbəbi bəlli oldu – VİDEO

Sharing is caring!


“Quba-Xaçmaz yolunda baş verən yol-nəqliyyat hadisəsində ölən və yaralanan olmayıb”.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru, polis leytenantı Elvin Hacıyev bildirib.

Onun sözlərinə görə, hadisə sözügedən yolun 10-cu kilometrliyində qeydə alınıb:

“Hava şəraitinə görə asfalt örtüyü buz bağlayıb. Bu səbəbdən zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Ölüm yoxdur, nəqliyyat vasitələrinə maddi ziyan dəyib”. 

Xatırladaq ki, ötən gün Quba-Xaçmaz yolunda bir neçə avtomobilin toqquşması ilə yol-nəqliyyat hadisəsi baş vermişdi.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir