Cəmiyyət

Siçovuldan qorxub, zibillik yaradan sakinlər: Binəqədidə zibil konteynerləri çatmır? – AÇIQLAMA + FOTO

Sharing is caring!


Bakının Binəqədi rayonunun sakinləri yaşayış yerinin yaxınlığındakı parkın ətrafında zibil konteynerlərinin olmamasından şikayətçidirlər.

Bu barədə Oxu.Az-ın redaksiyasına vətəndaşlar tərəfindən şikayət daxil olub.

Vətəndaş qeyd edir ki, söhbət Binəqədi rayonu, Rəsulzadə qəsəbəsindən gedir:

“Heydər Əliyev adına parkın ətrafında zibil konteyneri quraşdırmırlar. Bir neçə il əvvəl gətirib qoyulmuşdu. Lakin ərazidəki villaların sahibləri şikayət etdilər ki, siçovullar evə dolacaq, aidiyyəti qurumlar da gəlib götürdülər. Zibil pulu yığılır, amma zibil konteyneri qoyulmur. Elə həmin villa sahibləri də zibillərini beləcə pilləkənə yığırlar. Zibili atmaq üçün konteynerlər az qala bir km məsafədədir”.

Vətəndaş onu da qeyd edir ki, həmin ərazidən toplanan məişət tullantıları bir neçə dəfə gecə saatlarında yaxınlıqdakı fərdi evlərin arxasına atılıb.

Binəqədi Rayon İcra Hakimiyyətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən ərazidə çox yaxın məsafədə bir neçə ünvanda məişət tullantıları konteynerləri mövcuddur.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir