Cəmiyyət

Şəhid Hacıəli Qasımovun atası: “Oğlumun doqquz medalı var”

Sharing is caring!


Dörd ay komada qalaraq şəhid olan hərbçimizin 44 günlük vətən müharibəsinin iştirakçısı olub.

Bu barədə APA-ya şəhidin atası Tahir Qasımov deyib.

Onun sözlərinə görə, övladı ötən ilin sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələri tərəfindən həyata keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı ağır yaralanıb:

“O, komada hərbi tibb müəssisəsində müalicə alsa da, həkimlərin səylərinə baxmayaraq şəhid olub. Bir ildən artıqdır ki Azərbaycan ordusunda xüsusi təyinatlı orduda xidmət edirdi”.

Şəhidin atası qeyd edib ki övladı işğal altında olan rayonların bir neçəsinin azad olunmasında iştirak edib, doqquz medalı var.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir