Cəmiyyət

Şirvanda iki nəfər dəm qazından boğularaq ölüb

Sharing is caring!


Şirvanda yanvarın 26-da iki nəfər dəm qazından boğularaq ölüb.

“Report” xəbər verir ki, hadisənin biri şəhərin Hacıqəhrəmanlı qəsəbəsində qeydə alınıb.

Belə ki, 1966-cı il təvəllüdlü Çingiz Əsədov yaşadığı fərdi evin həyətində yerləşən hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Digər hadisə Şirvan şəhərinin M.Əsədov küçəsi ev 96 ünvanında qeydə alınıb. Şəhər sakini 1954-cü il təvəllüdlü Şölə Abıyeva yuyunmaq üçün yaşadığı fərdi yaşayış evinin hamam otağına daxil olub, bir müddət keçdikdən sonra hamam otağının daxilində olan su qızdırıcısından dəm qazının sızması nəticəsində zəhərlənərək ölüb.

Faktla bağlı Şirvan Şəhər Prokurorluğunda araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir