Cəmiyyət

Direktor: “İkinci sinif şagirdinin zorakılığa məruz qalması qətiyyən təsdiq olunmayıb” – VİDEO

Sharing is caring!


“6 saylı məktəbdə ikinci sinif şagirdinin zorakılığa məruz qalması qətiyyən təsdiq olunmayıb. Bununla bağlı heç bir faktımız yoxdur”.

Bu barədə məktəb-liseyin direktoru Gülşən Orucova jurnalistlərə açıqlamasında deyib. 

O bildirib ki, 7-ci sinif şagirdlərinin telefonlarında qeyri-etik videolar tapılıb:

“Bu videoları 7-ci sinif şagirdləri dərsdən sonrakı məşğələlər zamanı 2-ci sinif şagirdləri ilə bölüşüblər. 

Bu hadisə ilə bağlı məktəbdə bütün tədbirlər görülüb. Əlavə olaraq Elm və Təhsil Nazirliyi tərəfindən “Məktəblinin dostu” da bu məktəbə cəlb olunacaq”.

Direktor qeyd edib ki, baş vermiş hadisə ilə bağlı bütün valideynlərə şəxsən özü ətraflı məlumat verib. 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir