Cəmiyyət

Pasiyentin öldüyü “Medicare” klinikası fəaliyyətini bərpa etdi

Sharing is caring!


Sabunçu rayonunda yerləşən, ölüm hadisəsi qeydə alınmış “Medicare” klinikasının fəaliyyətini bərpa etməsi barədə xəbərlər yayılıb. 

“Unikal”ın əldə etdiyi məlumata görə, artıq klinika bütün tibbi xidmətlər üzrə pasiyentlərin qəbulunu həyata keçirir. 

Qeyd edək ki, 21 dekabr 2023-cü il tarixdə 1971-ci il təvəllüdlü Lətafət Məmmədova “Medicare” klinikasında əməliyyat zamanı ölüb.

Hadisə ilə bağlı Baş Prokurorluq məlumat yayaraq araşdırma aparıldığını açıqlayıb.

Araşdırmanın nəticəsi ilə bağlı məlumat əldə etmək üçün “Medicare” klinikasının baş həkimi Anar Məmmədovla əlaqə saxlanılıb. O bu barədə məlumatsız olduğunu və hazırda evdə istirahət etdiyini bildirib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir