Cəmiyyət

Yeni ekspres avtobuslarla bağlı narazılıq – AÇIQLAMA

Sharing is caring!


Yanvarın 21-dən Sumqayıt-Bakı ekspres avtobusları fəaliyyətə başlayıb.

Sərnişinlər ilk gündən problemlə rastlaşdıqlarını bildirirlər. İntervalın 11 dəqiqə olacağı bildirilsə də, avtobuslarda oturacaqların hamısı dolmamış hərəkət etmədiyi iddia olunur.

Həmçinin artıq iki gündür səhər saatlarında avtobusda ödəniş kartını oxuma cihazlarının işlək olmadığını deyirlər. Nəticədə sərnişinlər növbədə dayanan digər avtobuslara yönləndirilib.

Avtobusun ödəniş üçün nəzərdə tutulan avadanlığının əvvəlcədən yoxlanılıb-yoxlanılmadığı və intervalın uzanma səbəbi ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov “Teleqraf”a iddiaları təkzib edib.

O bildirib ki, Sumqayıt-Bakı ekspres xəttində 14 avtobus 11 dəqiqə intervalla sərnişinlərə xidmət göstərir: “Sürətli sərnişindaşımanı təmin edən ekspres avtobuslar müntəzəm reyslərə aiddir və qrafik üzrə hərəkət edir”.

Oxuma cihazlarının işlək olmamasına gəlincə, Tural Orucov qeyd edib ki, reysqabağı bütün oxuma cihazlarının yoxlanışı həyata keçirilir: “Avtobusun ödəniş üçün nəzərdə tutulan avadanlığında nasazlıq yarandığı təqdirdə isə nasazlıq tez bir zamanda aradan qaldırıla və ya sərnişinlər növbəti ekspres avtobusunla yola salına bilər”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir