Cəmiyyət

Dövlət Agentliyində yeni TƏYİNAT

Sharing is caring!


Elm və Ali Təhsil üzrə Dövlət Agentliyində yeni direktor müavini təyin olunub.

Qurumdan verilən məlumata görə, elm və təhsil nazirinin müvafiq əmri ilə bu vəzifəyə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, texnika elmləri doktoru, professor Əminağa Sadıqov təyin edilib.

Qeyd edək ki, Əminağa Sadıqov bu təyinatadək Elm və Təhsil Nazirliyinin tabeliyində olan İdarəetmə Sistemləri İnstitutunun icraçı direktoru vəzifəsində çalışıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir