Cəmiyyət

“Azəristiliktəchizat”dan əhaliyə MÜRACİƏT

Sharing is caring!


Sabahdan başlayaraq iki gün ərzində “Azəristiliktəchizat” ASC-nin 956 Çağrı Mərkəzinin və istilik haqlarının ödəniş sistemlərində müvəqqəti fasilə yaranacaq.

Bu barədə səhmdar cəmiyyətindən bildirilib.

Məlumata görə, buna səbəb abonentlərə göstərilən xidmət keyfiyyətinin artırılması məqsədilə texniki təkmilləşdirmə və profilaktika işlərinin aparılmasıdır.

Abonentlər üzləşdikləri çətinliklərlə bağlı Cəmiyyətin rəsmi internet səhifəsinə (azeristilik.gov.az), [email protected] elektron ünvanına, “Azəristiliktəchizat”ın rəsmi sosial media hesablarına müraciət edə bilərlər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir