Cəmiyyət

Qəsəbədə ölünü yumaq üçün su TAPILMADI – FOTO

Sharing is caring!


Füzuli rayonunun 6 nömrəli Qayıdış qəsəbəsinin sakinləri su sarıdan əziyyət çəkirlər.

Problemlə bağlı Bizim.media-ya şikayətlənən qəsəbə sakinlərinin sözlərinə görə, üç ildir ki, içməli suya həsrət qalıblar. Su ehtiyaclarını isə Beyləqandan sifariş etdikləri su maşınlarının hesabına təmin edirlər. Bir ayda suya 100 manata qədər pul xərcləyən sakinlər deyirlər ki, Bakıdan onlara qonaq gələnlərə hədiyyə olaraq əllərində bir qab su gətirmələrini xahiş edirlər.   

Şikayətçilərin sözlərinə görə, əvvəllər qəsəbədə artezian quyusu olub. Lakin zaman keçdikcə quyu istismar dövrünü ya başa vurub, ya da quruyub – yəni suyun yoxa çıxma səbəbini özləri də tam anlaya bilmirlər. Hazırda qəsəbədə yaşayan əhali bir damcı suya həsrət qalıb.

Bu günlərdə su çatışmazlığı ilə bağlı qəsəbədə kədərli olay da yaşanıb. Qəsəbədə dünyasını dəyişən şəxsin cəsədini yumaq üçün su tapılmayıb. Ölən şəxsin yaxınları qonşu rayondan maşınla su sifariş ediblər. Bakıdan və digər bölgələrdən yas məclisinə qatılan şəxslər bu hadisəyə təəccüblərini gizlətməyiblər.

Sakinlərin yeganə istəyi qəsəbəyə suyun verilməsidir.

Məsələ ilə bağlı “Azərsu” ASC-dən bildirilib ki, problem regional şöbəyə yönləndirilib. Məsələ ilə bağlı açıqlama veriləcək.

2020-ci ilin yanvar ayına olan məlumata görə, 6 saylı Qayıdış qəsəbəsinin əhali sayı 810 nəfərdir. Qəsəbədə altı şəhid ailəsi, bir Qarabağ müharibəsi əlili yaşayır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir