Cəmiyyət

Zaqatala və Göyçay rayon sakinləri odlu silahları polisə könüllü təhvil veriblər

Sharing is caring!


Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların götürülməsi və vətəndaşlar tərəfindən könüllü təhvil verilməsi məqsədilə əməliyyat-profilaktiki tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş profilaktiki tədbirlər nəticəsində Aşağı Tala kənd sakini atasından qalan “İJ” markalı ov tüfəngini könüllü olaraq polisə təhvil verib.

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər zamanı isə rayon sakinindən qanunsuz saxladığı bir odlu silah götürülüb, daha bir nəfər isə müvafiq sənədləri olmayan ov tüfəngini könüllü polisə təqdim edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir