Cəmiyyət

Dekabrda zəhərlənmə ilə KTM-ə yerləşdirilən üç nəfər həyatını itirib

Sharing is caring!


Dekabr ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsinə zəhərlənmə ilə bağlı 123 nəfər qəbul edilib.

Bu barədə Oxu.Az-a Kliniki Tibbi Mərkəzdən (KTM) məlumat verilib.

Bildirilib ki, onlardan 54-ü kişi, 49-u qadın, 20-si isə uşaq olub.

Qəbul olunan xəstələrdən 52-si dərmandan, 33-ü sirkə turşusundan, doqquzu etanoldan, bir nəfər göbələkdən, 19-u dəm qazından zəhərlənib.

İki nəfər allergik reaksiya, altı nəfər botulizm, bir nəfər anafilaktik şok səbəbindən xəstəxanaya yerləşdirilib.

Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən üç nəfər dünyasını dəyişib.

Hər üç ölüm faktı sirkə turşusundan zəhərlənmə səbəbilə qeydə alınıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir