Cəmiyyət

İsmayıllıda QƏZA: Xəsarət alanlar var

Sharing is caring!


İsmayıllıda ağır avtomobil qəzası baş verib.

APA xəbər verir ki, hadisə rayonun Qurbanəfəndi kəndində qeydə alınıb. “Hyundai” markalı avtomobilin idarəetməni itirərək ağaca çırpılması nəticəsində dörd nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Qəza zamanı Qurbanəfəndi kənd sakini – 1966-ci il təvəllüdlü Nəcibə Eldar qızı Alışanova, 1959-cu il təvəllüdlü Eldar Sadiq oğlu Osmanov, 2002-ci il təvəllüdlü Amil Fizuli oğlu  Alışanov və daha bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına çatdırılıblar. Xəsarət alanlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir