Cəmiyyət

İsa peyğəmbərin doğulması: “Ulduz” belə “ulduzları” barışdırmır

Sharing is caring!


Milyonlarla insan dekabrın 25-ni Milad bayramı kimi qeyd edir. Bu, İsa peyğəmbərin doğulması ilə əlaqədar keçirilən bayramdır.

Bununla belə, İsa peyğəmbərin doğulması ilə bağlı alimlərin fikri yekdil deyil.

İncilə və erkən xristian yazılarına görə, İsa məsih öz ölümündən dirilməmişdən əvvəl bəşəriyyətin günahları üçün çarmıxa çəkilmiş Allahın Oğlu idi.

Bildirilir ki, İsa peyğəmbər təxminən eramızdan əvvəl 4-cü ildə dünyaya gəlib.

Xristian inancına görə, İsa peyğəmbər insanlara sadəcə toxunmaqla və ya onlarla danışmaqla müxtəlif xəstəlikləri sağaltmaq kimi fövqəltəbii xüsusiyyətlərə malik olub. 

İsa Məsihin doğulması günə qayıdaq. Əksər alimlər İsa peyğəmbərin məhz eramızın birinci ilində, dekabrın 25-də doğulmadığını iddia edir.

Bəzi tədqiqatçılar hesab edir ki, dekabrın 25-i Roma Katolik Kilsəsi tərəfindən qəsdən seçilmiş bir gündür. Çünki inanca əsasən, dekabrın 25-i qış gündönümü və Saturnalia ilə əlaqəli bir gündür.

Saturnalia qədim romalılar üçün böyük bir bayram olub. Qədim Roma tanrısı Saturna həsr olunmuş festivallar sonradan Roma Katolik Kilsəsi tərəfindən Milad bayramı kimi təsnif edilir.

Yəni bəzi iddialara əsasən, Saturnalia bayramı 4-cü əsrdən etibarən Milad bayramı ilə əvəz olunub.

Bu, bütpərəstlikdən xristianlığa keçidin rəsmiləşməsi idi. Ona görə də, Roma Katolik Kilsəsi İsa Məsihin doğum tarixini məhz 25 dekabr kimi təyin edib.

Bəzi alimlər isə İsa peyğəmbərin eramızdan əvvəl 6-4-cü illər arasında doğulduğuna inanırlar.

Onların gəldiyi qənaətə əsasən, İsa peyğəmbər indiki Fələstin ərazisindəki Beytləhm yaxınlığında dünyaya göz açıb.

Digər qrup alimlər isə İsa peyğəmbərin doğumunu “Beytləhm ulduzu” ilə müjdələndiyini bildirir. Matta İncilindəki məşhur hekayəyə istinad burada önə çıxarılır. Matta İncilində deyilir ki, üç müdrik adam “Beytləhm ulduzu” ilə Qüdsə gediblər. Onlar padşah Hirodla məsləhətləşdikdən sonra yeni doğulmuş körpə İsanı tapırlar. Tarixdə belə bir hadisənin həqiqətən olub-olmadığını sübut etmək çətindir, amma baş veribsə “Beytləhm ulduzu”nun nə olduğuna diqqət etmək lazımdır.  

Bu, alimlərin təkcə dini və ya tarixi nöqteyi-nəzərdən deyil, həm də elmi baxımdan çoxdan düşündüyü məsələdir.

“Beytləhm ulduzu” ilə bağlı astronomik hadisədən tutmuş astroloji ulduz falına qədər çoxlu nəzəriyyələr irəli sürülüb, lakin müasir astronomiya sayəsində elm adamları cavaba fərqli aspektdən yaxınlaşmağa çalışırlar.

Elm dairələri də bu məsələdə bölünür. Bəzilərinin gəldiyi qənaətə əsasən, “Beytləhm ulduzu” komet və ya supernova olmayıb. Lakin fərqli düşünənlər də var.

Bildirilir ki, eramızdan əvvəl 11-ci ildə “Halley kometi” səmada görünüb. Notr Dam Universitetinin nəzəri astrofizika və kosmologiya üzrə professoru Qrant Metyus bildirir ki, həmin komet səmada quyruğu olan gözəl bir şəkil yaradıb ki, bu da sonradan “Milad kartı” üçün istifadə edilib.

Başqa bir astronomik izah belədir ki, həmin zaman həqiqətən də səmada parlaq bir obyekt görünüb.  Bunu Qoç bürcündə Yupiter, Saturn, Ay və Günəşin düzülüşü ilə əlaqələndirənlər də var. Bu “birləşmə” bir səbəbə görə hekayəyə uyğun gəlir. Çünki bu “birləşmə” səhər erkən saatlarında baş verib, bu da İncildə “Betləym ulduzunun” yüksələn səhər ulduzu kimi təsviri ilə üst-üstə düşür. 

Göründüyü kimi, elm adamları, tarixçilər, dinşünaslar İsa peyğəmbərin doğumu ilə əlaqədar bir neçə ehtimal sürsələr də, hələ də dəqiq cavablar yoxdur.

Ancaq bu, ildən-ilə gündəmdə qalan bir sualdır və hələ uzun illər həm alimlərin, həm də tarixçilərin marağına səbəb olacaq.

Məhəmməd Kamal 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir