Cəmiyyət

Professordan qeyri-adi TƏKLİF: “Onlara rəmzi məzar qoyulsun”

Sharing is caring!


Azərbaycan teatrı tarixinə misilsiz xidmətləri ilə düşmüş səhnə xadimlərinə Fəxri Xiyabanda rəmzi məzar qoyula bilər.

Sənətşünaslıq elmləri doktoru professor İsrafil İsrafilov Oxu.Az-a açıqlamasında bu təklifi barədə danışıb.

O öz təklifində 2023-cü ilin 10 mart tarixində Azərbaycan milli teatrının yaranmasının 150-ci ilinin tamam olduğunu, bu möhtəşəm mədəniyyət hadisəsi xalqımızın neçə-neçə nəslinə qürur hissi yaşatdığını qeyd edib:

“Həmin tarixi yaradanların xidmətləri unudulmazdır və böyük ehtirama layiqdir.

Milli teatr sənətimizin beşiyi başında duran fədakar ziyalılarımızdan bir qisminin (Cahangir Zeynalov, Abbas Mirzə Şərifzadə, Ülvi Rəcəb, Əbülfət Vəli, Məhəmməd Əlvəndi və başqaları) məzarı belə yoxdur. Odur ki, Azərbaycan milli teatrının 150-ci ildönümündə həmin ziyalıların rəmzi məzarlarının Fəxri Xiyabanda yaradılması tarixi keçmişimizə ölkəmizin mədəni ictimaiyyətinin minnətdarlıq nümunəsi olardı”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir