Cəmiyyət

Almaniyadan sığınacaq istəyən Azərbaycan vətəndaşlarının sayı azalıb

Sharing is caring!


Bu ilin yanvar-noyabr ayları ərzində Almaniyadan 325 801 əcnəbi sığınacaq istəyib.

Bu barədə “Report”un Avropa bürosunun sorğusuna cavab olaraq Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarədən (BAMF) bildirilib.

Məlumata görə, təkcə noyabr ayında 35 316 ilkin sığınacaq müraciəti qəbul edilib.

Yanvar-noyabr aylarında isə 242 185 sığınacaq proseduru ilə bağlı qərar çıxarılıb.

BAMF-ın məlumatında qeyd olunub ki, bu il sığınacaq müraciətlərində 60,3% artım olub. İlkin müraciətlərin 21 287-si Almaniyada doğulmuş bir yaşa qədər uşaqlara aid olub.

Qaçqın statusu üçün müraciət edənlərin ilk sırasında Suriya, Türkiyə, Əfqanıstan, İraq və İran vətəndaşları qərarlaşıblar.

Federal idarə Azərbaycan kimi bəzi ölkələrin vətəndaşları tərəfindən edilən sığınacaq müraciətlərinin azalmasını onların təhsil və iş vizası ilə Almaniyaya gələ bilməsi ilə əlaqələndirib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir