Cəmiyyət

Əshabi-Kəhf yolunda yenidənqurma işlərinə başlanılıb – FOTO

Sharing is caring!


Naxçıvanda ən çox ziyarət edilən ünvanlardan biri olan “Əshabi-Kəhf” yolunda əsaslı yenidənqurma işlərinə başlanılıb.

“Report”un xəbərinə görə, 1998-ci ildə istismara verilən və hazırda yararsız hala düşən 14 kilometrlik yolun yenidən qurulması işlərinə start verilib.

İnşaatla bağlı yolun müvafiq hissələrində xəbərdaredici nişanlar da quraşdırılıb. Hazırda yararsız asfalt örtüyü götürülür və yol yatağı genişləndirilir. Yolun daha möhkəm və uzunömürlü olması üçün asfaltdan öncə çınqıl və digər müvafiq materiallar verilərək bərkitmə işləri aparılır.

Bir gediş, bir gəliş olmaqla iki zolaqdan ibarət olan yolun asfalt hissəsi yeddi metr, torpaq hissəsinin eni isə 10 metr olacaq. Hazırda yolun bir kilometrinin 70-80 faiz işləri görülüb. Yol boyunca suların ötürülməsi məqsədi ilə 41 yerdə metal boru, 15 min metr uzunluğunda beton su kanalları quraşdırılacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir