Cəmiyyət

Bakıda marşrut xətti müsabiqəyə çıxarılır

Sharing is caring!


Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakıda 46 nömrəli şəhərdaxili müntəzəm avtobus marşrutunu müsabiqəyə çıxarır.

AYNA-ya istinadən xəbər verir ki, müsabiqə “Avtomobil nəqliyyatı haqqında” qanuna, Nazirlər Kabinetinin 3 aprel 2009-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişindaşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun keçiriləcək.

Sənədlər 6 yanvar 2024-cü il saat 17:00-a qədər agentlikdə (ünvan: Bakı şəhəri, Hacı Məmmədov küçəsi, 5; əlaqələndirici şəxs: Elsevər Qədimov – tel.: (012) 567-99-76, (050) 855-53-55, e-poçt: [email protected]) qəbul ediləcək. Qurum iştirakçılardan sənədlərini təqdim edərkən yanvar ayında bayram günlərini nəzərə almalarını xahiş edib. Təkliflərə yanvarın 23-də baxılacaq.

Müsabiqə şərtlərinə əsasən, sağlamlıq imkanları məhdud vətəndaşların avtobuslara rahat minib-düşmələri üçün xüsusi qurğu və avadanlıqla təchiz olunmuş nəqliyyat vasitələrinə üstünlük verilir. Həmçinin müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir