Cəmiyyət

Bahar Muradova: “Zorakı münasibətlər inkaredilməz faktdır”

Sharing is caring!


“İnkaredilməz faktdır ki, hazırda dünyanın müxtəlif bölgələlərində iqlim dəyişmələri, təbii fəlakətlərlə yanaşı, hərbi-siyasi münaqişələr və müdaxilələr səbəbindən insanlar əziyyət çəkir, hüquqları pozulur, yaşamaq, daimi iş, dayanıqlı gəlir əldə etmək imkanlarından məhrum olur, müxtəlif zorakı münasibətlərə məzur qalırlar”.

Oxu.Az-ın məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Məişət zorakılığının qarşısının alınması: imkanlar və perspektivlər” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bu məsələlər, eləcə də Minilliyin İnkişaf Gündəliyinə daxil olan istiqamətlər və hədəflər bizim hamımızı, beynəlxalq təşkilatları, dövlət rəsmilərini öz üzərilərinə düşən öhdəlikləri yerinə yetirməyə, insanları və cəmiyyətin əsası saydığımız ailələri hər cür zərərli təsirlərdən və təhlükələrdən qorumağa yönəlmiş səylərini birləşdirməyə vadar edir:

“Bu baxımdan Azərbaycan Respublikasının müstəqilliyini bərpa etdiyi illərdə üzləşdiyi çətinliklərə, Ermənistanın işğalı zamanı məruz qaldığı sarsıntılara, iqtisadi, insanı və ərazi itkilərinə rəğmən öz vətəndaşları qarşısında öhdəliklərinə sadiqliyi unikal bir örnək olmaqla yanaşı, bizim üçün həm də qürur doğuran bir tarixdir. Münaqişə və müharibə dövründə, iqtisadi-sosial problemlərdən təsirlənmiş ailələrin psixo-sosial durumunu kəskinləşdirən səbəblərin aradan qaldırılması, onların rifahına, hüquqlarının təmin edilməsinə xidmət edən mühüm qərarlar, qanunlar, dövlət proqramları, qəbul edilmiş, uğurla həyata keçirilmiş, həmçinin yeni təsisatlar yaradılıb”.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir