Cəmiyyət

Sumqayıtda qəzada ölən piyadanın şəxsiyyəti müəyyən edilib – YENİLƏNİB

Sharing is caring!


Sumqayıtda avtomobil qəzasında ölən piyadanın şəxsiyyəti müəyyən edilib.

APA xəbər verir ki, zərərçəkən 1980-ci il təvəllüdlü Saray qəsəbə sakini Samir Nüsrət oğlu Əsədovdur.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

30 noyabr, 23:57

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürüb.

“Report” xəbər verir ki, hadisə Sahil küçəsində qeydə alınıb.

“Mercedes-Benz” markalı avtomobil yolu keçən, şəxsiyyəti hələ məlum olmayan 40-50 yaşlı kişini vurub.

Piyada aldığı xəsarətdən hadisə yerindəcə ölüb. Sürücü saxlanılıb.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir